Məhkəmə qərarları › İş №2(028)-218/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-218/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-218/2023 11.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarına dəyişikliyə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Qubadlı rayon Dəmirçilər kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 21 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində uşaq bəndində doğulduğu tarixə “xx.xx.1960-cı il”dən “xx.xx.1958-ci il”ə dəyişiklik olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1958-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Hazırda Sumqayıt şəhər, Kimyaçılar sanatoriyası, mənzil 74-də yaşayır.Doğum haqqında akt qeydi tərtib olunarkən doğum tarixi səhvən “xx.xx.1960-cı il” kimi qeyd olunmuşdur. O, Maraqlı şəxsnə Qubadlı rayon Dəmirçilər kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 21 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində uşaq bəndində doğulduğu tarixə “xx.xx.1960-cı il”dən “xx.xx.1958-ci il”ə dəyişiklik olunmasına dair ərizə ilə müraciət etmişdir. Maraqlı şəxsndə ona izah olundu ki, Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət etməlidir. Azərbaycanın Respublikasının Konstitusiyasının 26.1 maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə görə ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxs məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. X1 göstərdi ki, o, xx.xx.1958-ci idlə Qubadlı rayon Dəmirçilər kəndində anadan olmuşdur. Ərizəçi onunla eyni ildə məktəbə getmiş və 1975-ci ildə onlar 10-cu sinfi bitirmişlər. X2 göstərdi ki, o, xx.xx.1956-cı ildə Qubadlı rayon Dəmirçilər kəndində anadan olmuşdur.O, ərizəçinin böyük qardaşıdır. Ərizəçi ondan iki yaş balacadır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və xx.xx.2013-cü il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Qubadlı rayonu, Dəmirçilər kəndində doğulmuşdur. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, X6 xx.xx.1960-cı il tarixdə Qubadlı rayonu, Dəmirçilər kəndində doğulmuşdur. İş materiallarında olan orta təhsil haqqında attestatın kserosurətindən görünür ki, 1958-ci ilə Qubadlı rayon Dəmirçilər kəndində anadan olmuş X3 1975-ci ildə Qubadlı rayon Dondarlı kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/7-H-xx-xx/2023 saylı məktubda göstərilir ki, Qubadlı rayon Dəmirçilər kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 21 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində uşaq bəndində doğulduğu tarixə “xx.xx.1960-cı il”dən “xx.xx.1958-ci il”ə dəyişiklik olunmasına dair müraciətinə baxılmışdır. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildirilir ki, doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında qeyddə səhvlər olduğuna görə həmin qeyd düzgün aparılmamışdır və düzəliş edilərək Ərizəçi doğum haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1958-ci il kimi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-ci maddəsinə əsasən doğumun, övladlığs götürmənin,nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Qubadlı rayon Dəmirçilər kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 21 saylı, xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində uşaq bəndində doğulduğu tarixə “xx.xx.1960-cı il”dən “xx.xx.1958-ci il”ə dəyişiklik olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar