Məhkəmə qərarları › İş №2(028)-232/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-232/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-232/2021 13.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X12 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər Qubadlı rayon Qeydiyyat şöbəsi, Zəngilan rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs3nə qarşı qohumluq münasibətləri faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, 1936-cı il təvəllüdlü (30.12.2015-ci ildə vəfat edib) bacısı X4 doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1936-cı il təvəllüdlü (30.12.2015-ci ildə vəfat edib) bacı X8 ilə ərizəçi xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi arasındakı qohumluq münasibəti (bacı-qardaş olduğu göstərməklə) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, ərizəçinin bacısı X8 01.10.1936-cı ildə Zəngilan rayonunun əvvəllər Qubadlı rayonuna aid olan Balasoltanlı kəndində anadan olmuşdur.Onlar 2 qardaş və 3 bacı olmuşlar. X8 30.12.2015-ci ildə vəfat edib.X1 rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, ev 9 ünvanda qeydiyyatında olmuşdur. O, nikaha daxil olmamış və onun övladları olmamışdır. Ərizəçi öz ailəsi ilə 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşəndə bacısına məxsus ünvan 1 ünvanda məskunlaşmışdır. Bacısı vəfat etməzdən əvvəl ağır xəstələnmişdi və bu dövrdə bacıya ərizəçi və onun ailə üzvləri qulluq etmişlər. Vəfat etdiyi vaxt X4 birinci növbə vərəsəsi olmadığı üçün ərizəçi mərhumum ikinci növbə qanun üzrə vərəsədir və mərhumum adına qeydiyyatda olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə faktiki sahiblik edir.O, həmin miras əmlakını qəbul etmişdir. X8 torpaq sahəsindəki evi ərizəçinin oğluna vəsiyyət etmiş və həmin ev oğlunun adına sənədləşib.Lakin ünvan 1 ünvanda yerləşən torpaq sahəsi hələ də bacısının adına qeydiyyatdadır. Bu səbəblə miras əmlakından ərizəçi qanuni miras payını almaq istəyir. Lakin mərhumun doğum haqqında şəhadətnaməsi mövcüd olmamışdır.Bununla bağlı ərizəçi Qubadlı rayon Qeydiyyat şöbəsi, Zəngilan rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs3nə, Azərbaycan Respublikası Dövlət Arxivinə və Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestrin Xidmətinə müraciət edərək, 1936-cı il təvəllüdlü X4 doğum qeydiyyatı haqqında məlumatlarını (ata, ana adı və soyadı, doğulduğu yer və tarixi və sairə məlumatları) göstərən rəsmi sənədin və ya varsa, doğum haqqında şəhadətnamənin surətinin verilməsini xahiş etmiş, lakin buna müsbət cavab verilməmişdir. Buna görə 1936-cı il təvəllüdlü X4 doğumunun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən etməsi zərurəti yaranmışdır.Mərhum bacısının qanun üzrə vərəsəsi hesab edilə bilməsi üçün bu qeydin bərpa edilməsi notariat orqanları tərəfindən tələb olunur. Bu səbəbə görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Proses vaxtı ərizədəki tələbini dəqiqləşdirilməsi ehtiyacı əmələ gəldi. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əəhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir.Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır.Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 3 №-li Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarının tərtibatı qaydalarına» dair Təlimatın 3-cü bəndinə əsasən doğum haqqında bərpa akt qeydi tərtib edilərkən 1-12-ci qrafalarda uşaq və onun valideynləri haqqında məlumatlar göstərilməlidir. Göstərilənlərini nəzərə alaraq Ərizəçi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs olan Zəngilan rayon Qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs olan Maraqlı şəxs3 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid X6 göstərdi ki, o, ərizəçi ilə həmkəndlidir.O, ərizəçinin bacısını yaxşı tanıyırdı. Onun bacısı Abşeron rayonu, Saray qəsəbəsində yaşayırdı. Buna baxmayaraq o, kəndə tez-tez gələrdi. X8 2015-ci ildə vəfat etmişdir. X7 göstərdi ki, o, ərizəçi ilə həmkəndlidir və qohumdur.O, ərizəçinin bacısını yaxşı tanıyırdı. Onun bacısı Abşeron rayonu, Saray qəsəbəsində yaşayırdı.Buna baxmayaraq o, kəndə tez-tez gələrdi.X8 2015-ci ildə vəfat etmişdir və o, onun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini, şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-ci il tarixli, 3 №-li Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarının tərtibatı qaydalarına» dair Təlimatın 3-cü bəndinə əsasən doğum haqqında bərpa akt qeydi tərtib edilərkən 1-12-ci qrafalarda uşaq və onun valideynləri haqqında məlumatlar göstərilməlidir.Göstərilənlərini nəzərə alaraq Ərizəçi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi X4 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01.02.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, X8 30.12.2015-ci ildə ölmüşdür. İş materiallarında olan və ünvan 5 ünvanlanmış 30.03.2021-ci il tarixli məktubda göstərilir ki, Qubadlı rayonunun işğalı ilə əlaqədar olaraq doğum akt qeydləri Qubadlı rayon dövlət arxivinə dövlət mühafizəsinə təhvil verilməmişdir. İş materiallarında olan ünvan 7 ünvanlanmış 15.03.2021-ci il tarixli 05/Q-71/15 nömrəli məktubda göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Eyni zamanda “İnformasiya əldəetmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat haqqında məlumatlar əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumat hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 9.15-ci bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Həmin qaydaların 9.16-cı bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. İş materiallarında olan və ünvan 8 ünvanlanmış 05.05.2020-ci il tarixli məktubda göstərilir ki, Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq doğum akt qeydləri Zəngilan rayon dövlət arxivinə dövlət mühafizəsinə təhvil verilməmişdir. İş materiallarında olan və ünvan 10 ünvanlanmış 02.05.2020-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 9.15-ci bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Həmin qaydaların 9.16-cı bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestrin Xidməti tərəsinfən 18 saylı vəkil bürosuna ünvanlanmış 04.03.2020-ci il tarixli məktubda göstərilir ki, “İnformasiya əldəetmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. “Fərdi məlumatlar haqqında” Qanununun 2.1.6-ci və 13.1-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin qanunun 8.3-cü maddəsidə nəzərdə tutulmuş hallar istisna olmaqla fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»na əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri məhkəmə sorğuları üzrə göndərilir.Eyni zamanda qeyd olunur ki, qeydiyyat orqanlarında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestrin xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. X4 doğumu haqqında məlumatlar fərdi məlumatlar kateqoriyasına daxil olduğundan, eləcə də həmin sənədi almaq hüququna malik olan şəxsə məxsus etibarnamə Sizdə mövcüd olmadığından müvafiq sənəd şəxsən və yaxud notarial qaydada təsdiq edilmiş etbarnamə əsasında səlahiyyətli nümayəndəsinə müvafiq qeydin olduğu və ya yaşadığı yer üzrə qeydiyyat şöbəsinə müraciət edəcəyi təqdirdə verilə bilər. İş materiallarında olan və Azərbaycan Respublikası Dövlət Arxivi tərəsinfən 18 saylı vəkil bürosuna ünvanlanmış 14.05.2020-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1936-cı ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan və Abşeron RPŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 XX.XX.1936-cı ildə Zəngilan rayonunda doğulmuşdur. İş materiallarında olan Qubadlı rayon ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur. X3, anası X9r. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Qubadlı rayonu, Balasoltanlı kəndində doğulmuşdur. İş materiallarında olan və Abşeron RPİ tərəfindən Qubadlı Rayon Məhkəməsinə ünvanlanmış 25.06.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qərardadında 09.07.2005-ci il tarixdə vətəndaş X5 verilmiş AZE 03676726 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair sənədlərin surətinin təqdim olunması xahiş olunmuşdur. Bildirilir ki, sənədlərin saxlanma müddəti bitdiyindən ləğv olunmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir.Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır.Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası MM-nin 1159-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası MM-nin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmədə müəyyən olunub ki, X4 birinci növbəli vərəsələri yoxdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü (30.12.2015-ci ildə vəfat edib) X8 ilə xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi arasındakı qohumluq münasibəti (bacı-qardaş münasibətləri) faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar