Məhkəmə qərarları › İş №2(028)-239/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-239/2024

08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-239/2024 08.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarına dəyişikliyə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Kavdadıq İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 01 saylı xx.xx.1979-cu il tarixli doğum akt qeydində dəyişiklik edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş AR-İİ№756695 saylı xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, edibar edilən X2 etibar edən şəxsi - Ərizəçi məhkəmədə təmsil etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarına dəyişikliyə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar