Məhkəmə qərarları › İş №2(028)-249/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-249/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-249/2022 01.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq aktlarının bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qasımov (Rəsulov) Seyfəddin Qasım oğlunun 10.03.1940-cı il tarixdə Qubadlı rayonu, Diləli Müskanlı kəndində anadan olması faktının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata qrafasında X12, ana qrafasında X9 göstərilməklə yeni şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun atası Qasımov (Rəsulov) Seyfəddin Qasım oğlu 10.03.1940-cı il tarixdə Qubadlı rayonu, Diləli Müskanlı kəndində anadan olmuş, atası X12, anası X9 olmuşdur. 1993-cü ildə erməni separatçılarının işğalı nəticəsində valideynləri özlərinə məxsus bütün əşyaları Qubadlı rayonunda qoyaraq Sumqayıt şəhərində məskunlaşmışlar.2012-ci ildə atası vəfat etmişdir. Hazırda bir sıra məsələlərin həll edilməsi üçün atasının doğum haqqında şəhadətnaməsi tələb olunur.Lakin atasına məxsus sənədləri Qubadlı rayonunda qalıb məhv olduğundan və Qubadlı rayonu Diləli Müskanlı kəndi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə vermədiyindən, doğum akt qeydinin alınması qeyrimümkündür. Doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Bakı 1 saylı “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən ona ünvanlanan cavab məktubunda qeyd olunub ki, arxiv fondunda mühafizə edilən sənədlərdə 1940-cı ilə dair Qubadlı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat yoxdur.Eyni zamanda bildirilir ki, Qubadlı rayonu Deləli Müskanlı kəndi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Bundan sonra o, doğum haqqında akt qeydinin bərpa olunması üçün Qubadlı raoyn Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin orqan ona mənfi cavab vermiş və məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərərək ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı raoyn Qeydiyyat şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi qəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X3 göstərdi ki, o, ərizəçinin əmisidir. Təsdiq edir ki, onun qardaşı X6 10 mart 1940-cı ildə anadan olmuş və 01 avqust 2012-ci il tarixdə ölmüşdür. X5 göstərdi ki, o, ərizəçinin əmisidir. Təsdiq edir ki, onun qardaşı X6 10 mart 1940-cı ildə anadan olmuş və 01 avqust 2012-ci il tarixdə ölmüşdür. Məhkəmə iş üzrə ərizəçini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx.xx.1973-cü il tarixdə Qubadlı rayonu, Diləli Müskanlı kəndində anadan olmuşdur. Bu hal Ərizəçi AZE № 0******* seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurəti ilə təsdiq olunur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 və X8 01.1972-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə doğulmuşdur. X1, anası X4r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 01.08.2012-ci ildə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 158 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən ərizəçiyə ünvanlanan 10.03.2022-ci il tarixli məktubda qeyd olunub ki, arxiv fondunda mühafizə edilən sənədlərində 1940-cı ilə dair Qubadlı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat yoxdur.Eyni zamanda bildirilir ki, Qubadlı rayonu Deləli Müskanlı kəndi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İşdə olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 27 aprel 2022-ci il tarixli 05/Q-132/15 saylı məktubda göstərilir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 06 iyun 1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, doğum haqqında şəhadətnamənin təkrarından və Qubadlı rayon İHB-nın Dondarlı kənd ərazi vahidi üzrə nümayəndəliyin 23 nay 1997-ci il tarixli 438 saylı arayışından məlum olur ki, Qubadlı rayonu Diləli Müskanlı kəndində anadan olmuş X6 ilə X7 eyni şəxsdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Qasımov (Rəsulov) Seyfəddin Qasım oğlunun 10.03.1940-cı il tarixdə Qubadlı rayonu, Diləli Müskanlı kəndində anadan olması faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ata qrafasında X12, ana qrafasında X9 göstərilsin. Qalan hissədə ərizə baxılmamış saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar