Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-25/2022 13.01.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı tərəf Qubadlı rayon Qeydiyyat Şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizəni dəyişdirərək, həyat yoldaşı X3 16.11.2021-ci il tarixdə Bakı şəhərində ürək tutmasından ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi 29.07.1986-cı ildə X4 ilə rəsmi qaydada nikaha daxil olmuşdu.Onlar Qubadlı rayonundan məcburi köçkün olaraq gəlib Sumqayıt şəhərində müvəqqəti olaraq məskunlaşmışdırlar.Bir müddət sonra mərhum nikah pozulmadan onlardan ayrılıb Bakı şəhərində yaşayırdı.Ayrı yaşasa da, daim övladları ilə əlaqə saxlayırdı.Əriçəzi ilə birgə nikahdan iki övladları olub. Müəyyən səbəblərdən rəsmi nikahları pozulmamışdır.X4 16.11.2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhərində yerləşən Qubadlı qəbristanlığda dəfn olunmuşdur. Ərizəçi həyat yoldaşının ölməsi ilə əlaqədar heç bir sənədi olmadığına görə ölü ilə rəsmi nikahda sayılır. X3 ölüm faktını şahidlər, yaxın qohumlar və həmin vaxtlar işlədiyi ölümün baş verdiyi müəssisə də təstiq edə bilərlər. Onun ölümü ilə əlaqədar Bakı şəhər Yasamal rayon pokurorluğunda da araşdırma aparılmış və ölümünə kənar şəxslərin səbəbi olmadığı sübuta yetirilərək ölümü təstiq olunmuşdur. Buna dair qərar da var.Buna baxmayaraq ərizəçi ölümə dair şəhadətnamə əldə edə bilmir. Müraciət etdiyi təşkilatlar məhkəməyə müraciət etməsini bildirmişlər.Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onun iştiraki olmadan baxılmasına və ərizəyə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kolleqiyasının 12 fevral 2016-ci il tarixli, 3-N nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimatın 9.4-cü bəndinə əsasən 6-cı qrafada öldüyü vaxt (gün,ay,il), 7ci qrafada öldüyü yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 8-ci qrafada ölümün səbəbi (tibbi sənədə və ya məhkəmənin qətnaməsinə uyğun) yazılır. Ərizəçi iddia ərizəsinin xahiş edirəm hissəsində ölən şəxsin öldüyü vaxt, ölüm yeri və ölüm səbəbi qeyd olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Ərizəçi tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı RPŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Yuxarı Mollu XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş nigah bağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 ilə X7 29.07.1986-cı ildə nikahlarını bağlamışlar.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 № ilə qeyd edilmişdir. İş materiallarında olan Yuxarı Mollu XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Abdullayeva Pərvanə Təşkilat qızı xx.xx.1987-ci il tarixdə doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 24.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 16.11.2021-ci il tarixdə təxminən saat 20:45 radələrində Yasamal RPİ-nin 28-ci PB-dən 1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X3 ünvan 2 ünvanında vəfat etməsi barədə məlumat daxil olmuşdur.Həmin məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq izahatlar alınmış və digər prosessual hərəkətlər aparılmışdır.Meyitin xarici müayinəsi zamanı mərhum X3 bədən səthi üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 07.10.1959-cu il təvəllüdlü Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan X4 uzun müddət ürəyin xəstəliyindən, yüksək təzyiqdən və digər yanakı xəstəliklərdən əziyyət çəkmiş, 16.11.2021-ci il tarixdə saat 19:00 radələrində nəzarətçi işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35 B, 3141-ci məhəllədə yerləşən “Yasamal-5” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə məxsus inzibati otaqda ürəyini tutaraq yerə yıxılmış və həmin yerdə vəfat etmişdir.Yoxlama zamanı izahatlar alınmış və X3 vəfat etməsi ilə bağlı aparılan araşdırma zamanı sonuncunun ölümündə kənar şəxslərin təsirinin olması və ya digər şəxslərin hər hansı qanunsuz hərəkətləri nəticəsində baş verməsi təstiq edilməmişdir. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti başçısının Yuxarı Mollu kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli, 10/17-115 saylı arayışdan görünür ki, X4 16.11.2021-ci ildə Bakı şəhərində işlədiyi yerdə ürəktutmasından rəhmətə getmişdir. İş materiallarında olan və Qubadlı rayon İcra Hakimiyyəti başçısının Yuxarı Mollu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli, 11-17/3 saylı arayışdan görünür ki, X4 16 noyabr 2021-ci ildə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 dəfn olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 01.12.2021-ci il tarixli 05/Q-358/15 saylı məktuba əsasən X3 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin . X3 16.11.2021-ci il tarixdə Bakı şəhərində ürək tutmasından ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-25/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-25/2022
13.01.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver