Məhkəmə qərarları › İş №2(028)-250/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-250/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-250/2024 24.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi qızının Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qubadlı Rayon Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qubadlı Rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə iddia ərizəsinə məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, onun 1973-1994-cü illər ərzində Əlibayramlı adına kolxozda kolxozçu, aqronom, işləməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Mülki işin baxılması xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ərizəçinin iştirakı olmadan işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qubadlı Rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar