Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-259/2025 04.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum faktının qeydə alınması və doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında X7, doğulduğu tarix xx.xx.1964-cü il, doğum yeri “Qubadlı rayonu, Zilanlı kəndi”, ata qrafasında X8, milliyyəti azərbaycanlı, ana qrafasında X3, milliyyəti azərbaycanlı kimi qeyd olunmasına dair doğum haqqına akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, xx.xx.1964-cü ildə Qubadlı rayonu, Zilanlı kəndi anadan olmuşdur. xx.xx.1989-cu ildə Sumqayıt nikah evində X9 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olanadək soyadı “Camalova” olub. X2, anası X3, milliyyətləri azərbaycanlıdır. Özünə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında təkrar şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmişdi, lakin doğum haqqında şəhadətnaməni almaq mümkün olmamışdı. Qeydiyyat şöbəsində ona izah olunmuşdu ki, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, ərizəçi bacısıdır. Bacısı 1964-cü ildə Qubadlı rayonu, Zilanlı kəndində anadan olub. X1 və X3 olmuşdur. Məhkəmədə şahid X5 bildirdi ki, ərizəçi bacısıdır. Bacısı 1964-cü ildə Qubadlı rayonu, Zilanlı kəndində anadan olub. X1 və X3 olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, AZE******** saylı şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1964-cü il tarixdə Qubadlı rayonu, Zilanlı kəndində doğulmuşdur. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Hüseynova (Camalova) Xalidə Camal qızı barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1961- 1967-ci illər Maraqlı şəxs, Xınalıq icra nümayəndəliyi üzrə və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır. 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Ərizəçi barəsində Qubadlı rayon Xanlıq icra nümayəndəliyi üzrə 1961-1967-ci illər, Qubadlı rayon Zilanlı icra nümayəndəliyi üzrə 1966-1967-ci illər, 1965-1982-ci illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. Camalova (Hüseynova) Xalidə Camal qızı barəsində Maraqlı şəxs arxivində doğum aşkar olunmadı. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 316-5/8-H-96-15/25 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təstiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilir. Sumqayıt Nikah evit tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətinə görə X9 xx.xx.1964-cü ildə Qubadlı rayonu Zilanlı kəndində doğulmuş X7 ilə 1989-cu ildə nikaha daxil olmuşdur. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X3 xx.xx.2003-cü ildə, X8 isə xx.xx.2007-ci ildə ölmüşdür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğum faktı müəyyən edilsin. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında X7, doğulduğu tarix xx.xx.1964-cü il, doğum yeri Qubadlı rayonu, Zilanlı kəndi, ata qrafasında X8, milliyəti azərbaycanlı, ana qrafasında X3, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-259/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-259/2025
04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver