Məhkəmə qərarları › İş №2(028)-26/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-26/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-26/2024 15.01.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi İsbəndiyar qızının iştirakı ilə Ərizəçi İsbəndiyar qızının Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1955-ci il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində doğulması faktının qeydə alınması və doğum haqqında bərpa akt qeydi tərtib olunarkən ata qrafasında X3, milliyəti azərbaycanlı, ana qrafasında Mahmudova (Əbdüləzimova) Fatma Ədil qızı, milliyəti azərbaycanlı kimi qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.1955-ci il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində anadan olmuşdur.Onun doğum haqqında şəhadətnaməsi Qubadlı rayonundan məcburi köçkün düşərkən itmişdir. 2003-cü ildə Sumqayıt ŞPİ tərəfindən ona verilmiş şəxsiyyət vəsiqəsində onun doğum tarixi səhvən xx.xx.1943-cü il kimi qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində olan bu yanlışlığın düzəldilməsi ilə bağlı müraciət edərkən ondan doğum haqqında şəhədətnamə tələb olunmuşdur. Doğum haqqında şəhadətnamənin alınması ilə bağlı Qubadlı Rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir.Qubadlı Rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda ona izah olunmuşdur ki, o, məhkəməyə müraciət edilməlidir. Məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Qubadlı raoyn Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. X1 göstərdi ki, o, xx.xx.1967-ci idlə Qubadlı rayon Muğanlı kəndində anadan olmuşdur. Ailədə 6 uşaq – 4 qardaş və 2 bacı olublar. Nabat onun böyük bacısıdır.Bacısı 1955-ci ildə doğulmuşdur.Ata babalarının adı Bəyverdi, ana babalarının adı Ədildir. X2 göstərdi ki, o, xx.xx.1971-ci ildə Qubadlı rayon Muğanlı kəndində anadan olmuşdur. Ailədə 6 uşaq – 4 qardaş və 2 bacı olublar. Nabat onun böyük bacısıdır.Bacısı 1955-ci ildə doğulmuşdur. Ata babalarının adı Bəyverdi, ana babalarının adı Ədildir. Məhkəmə iş üzrə ərizəçini, şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Bu hal şahid ifadələri və Qubadlı rayon Zilanlı kənd VVADQ tərəfindən verilmiş evlənmək haqqında şəhadətnaməsi iləəksini tapır. İş materiallarında olan Qubadlı rayon Zilanlı kənd VVADQ tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin kserosurətindən görünür ki, 1.06.1952-ci ildə doğulmuş X7 və 1955-ci ildə doğulmuş Ərizəçi İsbəndiyar qızı xx.xx.1975-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 30 noyabr 2023-cü il tarixli 3-16-5/8-15-534/2023 saylı məktubda göstərilir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”- nın 9.1 və 9.8 bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə müvafiq şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında “ Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir “ Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında “ Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsi əldə olunması üçün doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi, eləcə də şəxsiyyəti təsdiq edən sənədinin olmadan müvafiq şəhadətnamənin bərpa edilməsini mümkün olmadığını nəzərə alaraq vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi İsbəndiyar qızının xx.xx.1955-ci il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən ata qrafasında X3, milliyyəti azərbaycanlı, ana qrafasında Mahmudova (Əbdüləzimova) Fatma Ədil qızı, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar