Məhkəmə qərarları › İş №2(028)-276/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-276/2024

24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-276/2024 24.07.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Xoşbəxt oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Ərizəçi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2) atalıq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X2 – xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi X5 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Birgə nikahdan üç övladları doğulmuşdur. Faktiki nikah dövründə bir ailə kimi çox mehriban yaşamışlar. Aralarında rəsmi nikah olmadığına görə övladlarının soyadı və ata adı Qeydiyyat şöbəsi tərəfindən onun istəyi üzrə qeydə alınmışdır. Həyat yoldaşı xx.xx.2024-cü ildə vəfat etmişdir. Uşaqlara ailə başçısının itirilməsinə görə müavinat düzətdilməsi üçün atalıq faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi vəkili və nümayəndəsinin izahatına uyğun ifadə verdi. Maraqlı şəxs2 bildirdi ki, ərizəçi onun gəlini, Nicat Salmanov isə oğlu olub. Onların 3 uşağı vardır. X12 Nazirliyində işləyirdi. Gəlinin ailəsi ilə bağlı olaraq nikahı rəsmi qeydiyyata ala bilmirdilər. Əks halda oğlu işsiz qala bilərdi. 2024-cü ilin fevralında oğlu dünyasını dəyişmişdir. Maraqlı şəxs olan Maraqlı şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. X1 bildirdi ki, ərizəçi qardaşının arvadı, Nicat Salmanov isə onun qardaşı olub. Qardaşı ondan 1 yaş balaca olub. Müəyyən səbəblərə görə nikahı rəsmiləşdirə bilməyiblər. Belə ki, qardaşının işinə maneçilik törədə bilinərdi. Tərəflərin faktiki nikahdan üç övladları doğulub. Məhkəmə iş üzrə ərizəçini, onun vəkili və nümayəndəsini, maraqlı şəxsi və şahidi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi 2013-cü ildə X5 ilə nikahlarını rəsmi olaraq qeyd etdirmədən ailə qurmuşlar. Bu hal maraqlı şəxsin və şahidin ifadələri ilə sübut olunur. İş materiallarında olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1990-cı ildə anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında isə Maraqlı şəxs2 qeyd olunmuşdur İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü ildə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə Zəngilan rayonu, Aləbəyli kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 165№ ilə qeyd edilmişdir. İş materiallarında olan və Maraqlı şəxs1 tərəfindən ərizəçiyə ünvanlanmış 3-16- 5/8-H-120-15/24 saylı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Uşaqların atası hesab edilən şəxsin X2 öldüyünü nəzərə alaraq məhkəməyə müraciət etmək məsləhət görünür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbayçan Respublikası Ailə Məçəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-çü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 6.2. bəndində göstərilir ki, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.6-cı bəndində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəcisinin), uşağı saxlayan, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır. 6.16-cı bəndində göstərilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq munasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X2 xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar