Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-280/2023 04.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil Maraqlı şəxsn nümayəndəsi X1 iştirakları ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsna qarşı hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə hazırlıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci ildən xx.xx.1993cü ilədək Qubadlı rayonu, Çaytumas kənd orta məktəbinə ixtisası üzrə əmək və rəsmxət müəllimi işləməyinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2023-ci il tarixdə icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmədə ərizəçinın vəkili və nümayəndəsi ərizəsini müdafiə edərək ərizəsinin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı tərəfin nümayəndəsi ərizənin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmamalı olmasını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini və maraqlı tərəfin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxsna qarşı mülki işin icraatına xitam verilməlidir. Maraqlı şəxs ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubunda göstərilmişdir ki, əmək kitabçanızın surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünüz şahidlik əsasında qeyd edildiyindən həmin dövrün sığorta stajına daxıl edilməsi mümkün hesab edilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarının 13-cü maddəsinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 Qərarının 15.4-cü maddəsinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261, 262, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsna qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-280/2023
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-280/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver