Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-288/2025 23.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi, Üçüncü şəxs X2 iştirakları ilə Ərizəçi (Maraqlı şəxs və üçüncü şəxs X5) nikah haqqında akt qeydinin bərpa olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özü ilə X2 xx.xx.1982-ci il tarixdə Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınan nikah haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1948-ci ildə Qubadlı rayonunun Qaralar kəndində anadan olmuş, xx.xx.1982-cı ildə X5 ilə Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Ona məxsus nikah haqqında şəhadətnamə məcburi köçkünlük zamanı itmişdir. Bunun üçün Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, lakin ona ünvanlanan cavab məktubunda onun nikahı haqqında akt qeydinin aşkar olunmadığı qeyd olunmuşdur. Bundan sonra nikah haqqında akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, orada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Nikah haqqında şəhadətnaməsinin olmaması ona bir sıra hüquqlarının realizə etmək üçün ciddi çətinliklər yaradır. Nikah haqqında akt qeydinin bərpası ona nikah haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edildi. Məhkəmə iclasında üçüncü şəxs bildirdi ki, ərizəçi əridir, nikahlarından üç övladları var. Toyları Qubadlı rayonu Qaralar kəndində olmuşdur. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən zaman maraqlı şəxsin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, ərizəçi dayısı oğlu, üçüncü şəxs isə dayısı oğlunun arvadıdır. Dayısı oğlunun toyunda iştirak edib. Həmin vaxt onun 18 yaşı olmuşdur. Toy təxminən 1982-ci ilin aprel ayında Qubadlı rayonu Qaralar kəndində olmuşdur. Tərəflərin üç övladı var. Məhkəmə iclasında şahid X7 bildirdi ki, ərizəçi yeznəsi, üçüncü şəxs isə bacısıdır. Onun 12 yaşının tamam olmasından təxminən üç gün sonra bacısının toyu olmuş, toy Qaralar kəndində baş tutmuş, tərəflərin üç övladı var. Məhkəmə iş üzrə ərizəçini, üçüncü şəxsi və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1948-ci il tarixdə Qubadlı rayonu, Qaralar kəndində doğulmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışına əsasən Ərizəçi və X5 barəsində Suraxanı rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Suraxanı rayon qeydiyyat şöbəsi üzrə 1982-ci illərə dair akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış məktuba görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənləin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasə bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. X1 Doğum haqqında akt qeydinə əsasən onun valideynlərinin (ata Ərizəçi Bahadur oğlu, ana X6) nigahının xx.xx.1982-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində ********** saylı aktla qeydə alınması müəyyən edilmişdir. X3 Doğum haqqında akt qeydinə əsasən onun valideynlərinin (ata Ərizəçi Bahadur oğlu, ana X6) nigahının xx.xx.1982-ci ildə Bakı şəhərində qeydə alınması müəyyən edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, ərizəçi və üçüncü şəxsin nikah akt qeydi bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə X5 arasında xx.xx.1982-ci il tarixdə Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmış nikah haqqında akt qeydi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-288/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-288/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver