Məhkəmə qərarları › İş №2(028)-328/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-328/2023

21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-328/2023 21.06.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi2, Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı uğağın doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəcilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il təvəllüdlü Alparslanın doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəyə əlavə edərək doğum faktı müəyyən edilərkən doğum yerini Sumqayıt şəhəri, ata bəndində Ərizəçi1, ana bəndində Ərizəçi2 qeyd olunmasını xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi1 Ərizəçi2 ilə 2012-ci il tarixdə nikah münasibətinə daxil olmaqla evlənmişlər. Onların 3 uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il təvəllüdlü Alparslan tibb müəssisəsindən kənarda - yaşadıqları evdə anadan olmuşdur. Həmin vaxt orada olan qohum və qonşuları doğuma köməklik göstərmişlər. Uşaq tibb müəssisəsindən kənarda doğulduğuna və doğumu təsdiq edən həkim arayışı olmadığına görə Maraqlı şəxs doğumun qeydə alınmasından imtina etmişdir. Doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün deyil. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 eyni məzmunlu izahat verdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına onun nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli etirazda maraqlı şəxs göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 3 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabların tərtibatı qaydalarına» dair Təlimatın 2-ci bəndinə əsasən 1-3-cu qrafalarında müvafiq olaraq uşağın soyadı, adı və ata adı yazılır, 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur. 6-cı qrafada dogulduğu yer şəhər (kənd), vilayət (ölkə, respublika) yazılır,11-13-cü qrafalarda atanın və ananın soyadı,adı və ata adı yazılır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iddia ərizəsinin xahiş edirəm hissəsində xx.xx.2023-cü il təvəllüdlü Alparslanın soyadı və ata adı, doğulduğu yer və valideynləri haqqında məlumat qeyd olunmamşdır. Yuxarıda göstərilənlərini nəzərə alaraq, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 bildirdi ki, ərizəçilərdən Ərizəçi2 onun qızıdır. Həqiqətən də ərizəçilərin birgə nikahlarından 01 yanvar 2023-cü il tarixdə oğlan uşağı ev şəraitində doğulmuşlar. Uşaq doğulan zaman həkimə müraciət olunmamış və o, digər qadınlarla birlikdə doğuma köməklik göstərmişdir. Uşaq hal-hazırda sağsalamatdır. Məhkəmədə şahid qismində dindirilən Mİrzəyeva Vüsalə Şəmşir qızı bildirdi ki, ərizəçilərdən Ərizəçi2 onun bacısıdır. Həqiqətən də ərizəçilərin birgə nikahlarından 01 yanvar 2023-cü il tarixdə oğlan uşağı ev şəraitində doğulmuşlar. Uşaq doğulan zaman həkimə müraciət olunmamış və o, digər qadınlarla birlikdə doğuma köməklik göstərmişdir. Uşaq hal-hazırda sağ-salamatdır. Məhkəmə ərizəçini, vəkili və nümayəndəsini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon qeydiyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 və X1 xx.xx.2012-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan Qubadlı rayon qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Ərizəçilərin xx.xx.2023-cü il tarixdə ev şəraitində oğlan uşağı doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbayçan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndindən görünür ki, tibb müəssisəsindən kənarda doğulmuş uşağın doğulmasını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən hesab edir ki, ərizəçilərin müraciəti təmin edilərək uşağın doğum faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 361-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi2 tərəfindən 01 yanvar 2023-cü il tarixdə Alparslan adlı oğlan uşağının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata bəndində Ərizəçi1, ana bəndində Ərizəçi2 göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar