Məhkəmə qərarları › İş №2(028)-350/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-350/2021

24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-350/2021 24.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı Regional ərazi filialına qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun avqust 1984-cü ildən 31.08.1995-ci il tarixə kimi Qubadlı rayon Yol İdarəsində rəngsaz işlədiyi dövrlərin sosial sığorta stajı hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə 03.06.2021-ci il tarixdə icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclasında baxılması 16.06.2021-ci il tarixə təyin olunmuşdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-350/2021 saylı 16.06.2021-ci il tarixli qəraradı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı Regional ərazi filialına qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. . Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə apellyasiya şikayəti ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-350/2021 saylı 16.06.2021-ci il tarixli qəraradının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-350/2021 saylı 05.08.2021-ci il tarixli qərardadı ilə maraqlı tərəfin şikayəti təmin edilmiş və Qubadlı Rayon Məhkəməsinin 2(028)-350/2021 saylı, 16.06.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki işin məhkəmə iclasında baxılması 24.08.2021-ci il tarixinə təyin olunmuşdur. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı tərəfin nümayəndəsi ərizənin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmamamalı olmasının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə ərizəçi və maraqlı tərəfin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı Regional ərazi filialına qarşı mülki işin icraatına xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 Qərarının 15.4-cü maddəsinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261, 262, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı Regional ərazi filialına qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar