Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-39/2023 18.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4.600 manat məbləğində pul vəsaitinin və 200.00 (iki yüz) manat hüququ xidmətə görə ödənilmiş rüsumun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh 4.600 manat məbləğində pulunu alıb mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Belə ki, o, Ağdam rayonundan məcburi köçkündür və Sumqayıt şəhərində məskunlaşmışdır. Şəki rayonunda yaşayan qızı X1 ilə əlaqədar təqaüd təyin edilməsi lazım idi. Cavabdeh ona bildirdi ki, o, bu işdə onun qızına kömək edə bilər, lakin 5.000 manat məbləğində pul lazımdır. O, cavabdehin ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük kurslarının yanında onunla görüşmüş və qızına təqaüd təyin edilməsi üçün aidiyyəti üzrə müraciət olunması və təqaüd təyin olunması məqsədi ilə cavabdehə hissə-hissə 4.600 manat məbləğində pul vermişdir. Cavabdeh həmin məbləğdə pulu ondan qəbul etmiş və AR Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsində qızı Sevincə həqiqətən təqaüd təyin etdirmiş, qızına təqaüd kartı verilmiş və Sevinc hər ay təqaüd almaqla bir neçə ay ərzində cəmi 960.00 manat məbləğində təqaüd almışdır. Lakin bir müddətdən sonra Məhərrəm ona zəng vurub bildirmişdir ki, aldığı təqaüdü Banka geri qaytarmalıdır, çünki səhvə yol verilib, sənədlər düz yazılmayıb. O da "xxxx" ASC-yə gedib 960.00 manat məbləğində pulu geri qaytarmışdır. Məhərrəm isə ondan aldığı 4.600 manat pulu geri qaytarmamış, onun telefon zənglərinə cavab verməmiş və pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o və qızı Sevinc dəfələrlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 17 saylı Regional ərazi filialına həm şifahi, həm də yazılı ərizələrlə müraciət etmişlər və onlara cavab verilmişdir ki, X2 ümumi səbəbdən 1-ci dərəcə gözdən əlilliyi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdən etibarsız hesab edilmişdir. Bundan sonra hesab etmişdir ki, Məhərrəm onun etibarından sui-istifadə etməklə onu aldatmış və 4.600 manat məbləğində pulunu mənimsəmişdir. Ona görə də ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, onun və Cavabdeh izahatları alınmış və Cavabdeh ondan həqiqətən pul aldığını etiraf etmişdir. Lakin buna baxmayaraq, cavabdeh yenə də onun pullarını qaytarmaq istəmir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənləri nəzərə alıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh göstərdi ki, İddiaçı öz qızına xəstəliyi ilə əlaqədar olaraq təqaüd düzəltməyi ondan xahiş etmişdir.Onun bu xahişinə etiraz etməmiş, Lalə xanımın qızının sənədlərini və təqaüd düzəltmək üçün ondan 4.600 manat pulu almış, daha sonra həmin pulu və sənədləri Vüsala vermişdir. Lalə xanımın qızına bir neçə ay təqaüd verilmiş, lakin sonradan verilməmişdir.O, aldığı pulları bir dəfəlik ödəyə bilməz.Bunu nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı polis mayoru Zaur Cəfərov tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı 1960-cı il təvəllüdlü Cavabdeh müəyyən edilərək təhqiqata cəlb edilmiş, sonuncu material üzrə izahat verərək təxminən 5 il bundan əvvəl Vüsal adlı şəxslə birlikdə Sumqayıt şəhər sakinlərinin bir neçəsinin təqaüd almalarına köməklik göstərmişdir.Həmin ərəfədə, yəni 2017-ci ildə Ağdam rayonundan məcburu köçkün olan İddiaçı öz qızına xəstəliyi ilə əlaqədar olaraq təqaüd düzəltməyi xahiş etmişdir.Bu xahişinə etiraz etməmiş və Lalə xanımın qızının sənədlərini və təqaüd düzəltmək üçün ondan 4.600 manat pul almışdır.Sonra həmin pulu və sənədləri Vüsala vermiş, sonucu öz tanışlarının vasitəsilə Sevincə təqaüd kartı düzəltmiş və Sevinc bir neçə ay təqaüd almışdır.Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlama zamanı Sevincin təqaüdü kəsilmiş, lakin bunların heç birindən xəbəri olmamışdır. Lalədən almış olduğu pulları Vüsal adlı şəxsə vermiş və hazırda Vüsalın harada yaşamasından məlumatsız olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı materialın icra müddəti ərzində material üzrə adı keçən Vüsal adlı şəxsin şəxsiyyəti müəyyən edilmədiyindən sonuncunun iş üzrə izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış **********0 nömrəli, xx.xx.2022-ci il tarixli əlilliyə görə sosial müavinəti təyin edilməsi haqqında məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 6 yanvar yanvar 2022-ci il tarixli müraciətinə baxılmışdır. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əlillik müddətinə təyin edilir. Qeyd edilir ki, Nazirliyin “Əlillik” altsisteminin məlumat bazasına əsasən övladınız X3 ümumi səbəbdən İ dərəcə gözdən əlilliyi Tibbi-sosial ekspert komissiyası tərəfindən 7 sentyabr 2018-ci il tarixindən etibarsız hesab edilmişdir. Bu səbəbdən ona təyin olunmuş ümumi səbəbdən İ dərəcə əlilliyə görə sosial müavinətin və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişi həmin tarixdən dayandırılmışdır. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci və 1.5-ci bəndlərinə uyğun olaraq, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Belə ki, qanunvericiliyə uyğun olaraq, övladı S.Mehdiyevaya əlilliyə görə sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması üçün ilk növbədə onun 18 yaşından yuxarı əlilliyi olan şəxs olmasının müəyyən edilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsindən keçməsi tövsiyə olunur. Azərbaycan Respublikası MPM-in 76-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı polis mayoru Zaur Cəfərov tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı öz qızına xəstəliyi ilə əlaqədar olaraq təqaüd düzəltməyi ondan xahiş etmişdir.Onun bu xahişinə etiraz etməmiş, Lalə xanımın qızının sənədlərini və təqaüd düzəltmək üçün ondan 4.600 manat pul almış, daha sonra həmin pulu və sənədləri Vüsala vermişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı 4.600 manat pul almasını etiraf etmiş, lakin həmin pul məbələğini İddiaçı qaytarılması barədə mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmədə iddiaçı 200.00 (iki yüz) manat hüququ xidmətə görə ödənilməsini təsdiq edən mötəbər, inandırıcı və təkzib olunmaz sübutu təqdim etmədi. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4.600 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-39/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-39/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver