Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-392/2021 28.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmə hazırlaq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi 23.06.2021-ci il tarixdə icraata qəbul edilmiş və işin məhkəmə iclasında baxılması 28 iyul 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili vəsatət və qarşılıqlı iddia ərizəsi təqdim edərək, vəsatətdə göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildən çıxarılma ilə bağlı Qubadlı rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisəli mənzil Bakı şəhəri, Nərimanov rayonunda yerləşməsinə baxmayaraq, həmçinin cavabdehlərin həmin ünvanda yaşamaqlarına baxmayaraq iddiaçı əsassız olaraq iddianı ərazi aidiyyatı üzrə Qubadlı rayon Məhkəməsinə təqdim etmişdir. Belə ki, MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi iddiaçı subyektiv hüququ olmamasına baxmayaraq, həmçinin mənzilin qanuni mülkiyyətçisi olduğunu əsas gətirərək mülkiyyət hüququnun pozulmasını bildirərərk iddianı ərazi aidiyyatı qaydalarını pozaraq Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd etdiyi MPM-nin 39.1-ci maddəsini və digər əsasları nəzərə alaraq mülki işin baxılmasının davam etdirilməsini Nərimanov rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini məhəkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, mübahisəli mənzil Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyindən həmin mülki işə aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarına əsasən müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 39.1, 44-cü və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R V E R D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-392/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-392/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver