Məhkəmə qərarları › İş №2(028)-435/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-435/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-435/2023 17.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) ABŞ dollarının qaytarıldığı günə manatla məzənnəsi əsasında və 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı göstərmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsində X2 qarşı pul tələbinə dair iddia qaldırmış və həmin məhkənə araşdırması ilə dindirilmiş şahid ifadələri və sübutlarla müəyyən olunmuşdur ki, ABŞ dollarını X3 adlı şəxsə, 1500 ABŞ dollarını isə Cavabdeh vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə onun X2 qarşı iddia tələbi 700 ABŞ dolları pulun alınması hissəsində təmin edilmiş, lakin 1500 ABŞ dolları pul hazırki iş üzrə cavabdeh Ə. Əliyeva verildiyi üçün bu hissədə təmin edilməmiş və ona bildirmişlər ki, Ə. Əliyeva qarşı ayrıca iddia qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı rədd edərək göstərdi ki, o, müharibə iştirakçısıdır, 2-ci qrup əlildir və bundan sonra məhkəməyə gələ bilməz. Baxmayaraq ki, iddiaçı məhkəmənin çağırışına gəlməmiş, o, işin mahiyyəti üzrə baxılmasını tələb edir.Əlavə olaraq göstərdi ki, o, ümumiyyətlə iddiaçını tanımır və ondan borca pul ala bilməzdi.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 avqust 2018ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(060)-1252/2018 saylı qətnaməsini ləğv edərək göstərmişdir ki, X1 700 ABŞ dolları (manatla məzənnə ilə) məbləğində pul tutularaq İddiaçı verilməlidir. Eyni zamanda 1500 ABŞ dollarının X4 tərəfindən Əlövsətə verildiyini iddiaçı sübuta yetirə bilmədiyindən, habelə 300 ABŞ dolları iddiaçının özü tərəfindən götürüldüyündən həmin hissədə iddia təmin edilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsini iddiaçı yuxarı məhkəmə instansiyasında mübahisələndirməmiş və həmin qətnamə hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında subutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. Cavabdeh 1500 (bir min beş yüz) ABŞ dollarının qaytarıldığı günə manatla məzənnəsi əsasında və 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar