Məhkəmə qərarları › İş №2(028)-447/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-447/2024

30.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-447/2024 30.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəisi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəisi X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına qarşı işə bərpa tələbinə dair iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə müəssisəyə sürücü vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilin noyabr ayından sürücü kimi idarə etdiyi avtomobilin sugötürmə mənbəyi olmadığına görə avtomobilin istismarı dayandırılmışdır. Növbəti ildə zərurət olduğu halda avtomobilin istismarı davam etdiriləcəkdi. Bundan sonra iddiaçıya yaranmış vəziyyət ilə əlaqədar olaraq başqa vəzifəyə keçirilməsi təklif edildikdə, imtina etmişdir. Bununla bağlı göndərilən rəsmi məktublar da yaşayış yeri dəqiq olmadığından geri qayıtmışdır. Sonra iddiaçının əmək müfəttişliyinə etmiş olduğu şikayət ilə əlaqədar müəssisəyə xx.xx.2024-cü il tarixində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdi. Lakin həmin qərarda yaranmış pozuntunun aradan qaldırılması üçün 20 gün müddət verilmişdi ki, həmin dövrdə də Məhərrm İsmayılov edilmiş təkliflərdən imtina edərək, təkidlə sürücü vəzifəsinə geri qayıtmasını tələb etmişdi. Lakin onun bu tələbi müəssisənin imkanları xaricində olduğundan tələbi təmin edilməmişdir. Hesab edir ki, onun iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2020-ci ildə Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında **-AC-*** dövlət nömrə nişanlı, “Kamaz” markalı sudaşıyan maşında sürücü kimi işə qəbul edilmişdir. İşə girərkən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 2023-cü ilin iyul ayında kombinatın direktoru X6 ona bildirmişdi ki, idarə etdiyi avtomaşın texniki baxışdan keçmədiyinə görə idarə edilməsin. Buna görə də 2023-cü ilin iyul, avqust, sentyabr və oktyabr aylarına görə ona əmək haqqının 2/3 hissəsində ödənilməsi barədə Kombinat üzrə xx.xx.2023-cü ildə 14 saylı əmr verilmişdir. Həmin müddət o işə çıxmamışdır. Həmin müddətdə ona əmək haqqının 2/3 hissəsində ödəniş edilmişdir. xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixindən öz hesabına məzuniyyətə buraxılmağı barədə 16 saylı əmr verilmişdir. O, rəhbərliyə bu barədə bildirdikdə ona işə çağrılacağı bildirilmişdir. İşdə olmadığı müddətdə kombinatın rəhbərliyi işdən çıxması barədə müqaviləsinə xitam vermişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, onunla bağlanmış müddətsiz müqaviləyə xitam verilir. Ona 16 saylı əmrlə işdən çıxması barədə hər hansı bir məlumat verilməmişdir və işdən çıxması barədə o, ərizə ilə müraciət etməmişdir. Rəhbərlik tərəfindən ona bildirilmişdir ki, o işdə hesab olunur, iş başladığı halda ödənişsiz məzuniyyətdən geri çağrılacaq. O, işdən çıxması barədə əmrlə tanış olmamışdır. Belə bir əmrin olduğunu bildikdə X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə əmək hüququnun pozulması barədə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında araşdırmalar aparılmış və Kombinatın rəisi X6 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. X7 Xidməti özünün xx.xx.2024-cü il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Kombinat üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 16 saylı əmrlə sürücü İddiaçı xx.xx.2023-cü il tarixində öz hesabına ödənişsiz məzuniyyətə buraxılması barədə əmr verilsə də, xx.xx.2023-cü ildən işdən çıxması barədə 16 saylı əmr verilmişdir. Onun xx.xx.2023-cü il tarixli 16 saylı əmrlə işdən çıxması barədə məlumatı olmamışdır. Əmək haqqı ödənilmədiyi üçün i X7 Xidmətinə və müvafiq qanunvericiliyə əsasən Mediasiya təşkilatına müraciət etmişdir. Əmək kitabçası bu günə qədər ona təqdim edilməmişdir. İşə düzələndə təzə əmək kitabçası alaraq idarəyə təqdim edib. İşdən çıxarılmasını Əmək Müfəttişliyinin yoxlamasından sonra bilib və ona bu barədə xx.xx.2024-cü il tarixdə məktub təqdim edilib. Məktubu şəxsən Əmək Müfəttişliyində əldə edib. X2 müraciət edib, lakin cavabdehlə barışıq əldə edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəisi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı “Kamaz” markalı sudaşıyan maşında sürücü kimi işə qəbul edilmişdir. Lakin yoxlama zamanı maşının su çəkən yeri olmadığına görə işlədilməsi qadağan edildiyindən Məhhərəmi bu barədə məlumatlandırmaqla onun barəsində əvvəl boşdayanmaya görə əmr, sonra isə ödənişsiz məzuniyyətə buraxılmasına və müddətsiz müqaviəsinin xitam verilməsinə dair əmr verilmişdir. Ona hər cür köməklik etməyə çalışıb, heç bir qərəzli mövqeyi olmayıb. İdarənin ştat cədvəlini və maliyyəsini İcra Hakimiyyəti müəyyən etdiyinə görə Kombinat iddiaçını sürücü kimi işdə saxlaya bilməzdi, çünki ona əmək haqqı ödənilməyəcəkdi. İddiaçı başqa işlər təklif olunmasına baxmayaraq, o, ancaq “Kamaz” markalı yük maşının sürücüsü olmaq istəyirdi. Müddətsiz əmək müqaviləsinə xitam verildikdən sonra onunla mövsüm gələndə müddətli əmək müqaviləsi bağlamaq fikrində olmuşdur. Boşdayanmaya görə əmək haqqısının 2/3 hissəsi ödənilmişdir. İddiaçının işə qəbuluna dair iddiası ilə razıdır. Lakin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini qəbul etmir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, iddiaçı onlara maaşının verilməməsinə görə müraciət etmişdir. Bundan sonra Kombinatda araşdırma aparılmışdır. Aydın olmuşdur ki, cavabdeh iddiaçını heç bir əsas olmadan işdən çıxartmışdır. Sistemdə 68.2 a bəndi ilə işdən çıxarılma göstərilsə də, iddiaçının işdən çıxmasına dair ərizəsi alınmamışdır. Nəticədə işçinin işdən çıxmasından xəbərsiz olduğu aşkar edilmişdir. Cavabdeh idarənin rəhbəri barəsində inzibati qərar qəbul edilmiş, ona işçinin işə bərpası təklif edilmişdir. İşçinin işə qaytarılması reallaşmadığından Kombinatın rəisi cərimələnmişdir və eyni zamanda iddiaçıya da məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının iddiasının təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəfləri və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon KMK üzrə 14 saylı xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, Qubadlı rayon KMK-nın xidmət göstərdiyi sahələrdə suvarma işlərinin aparılmasında yerli texniki imkanlar olduğundan və dövlət büdcəsinə qənaət etmək məqsədilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək ** AC *** nömrəli Kamaz markalı Su çəni maşını istifadə edilmişdir. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci bənddinə əsasən işçinin təqsiri olmadan boş dayanma vaxtı üçün sürücü İddiaçı vəzifə maşının 2/3 hissəsi ödənilsin. Qubadlı rayon KMK-nın baş mühasibi M.B.Yaqubov göstərilən Əmrin yerinə yetirilməsi işçinin vəzifə maaşının 2/3 hissəsini hesablayıb kartlarına köçürsün. İş materiallarında olan Qubadlı rayon KMK üzrə 16 saylı xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, Qubadlı rayon KMK-nın ** AC *** nömrəli Kamaz markalı Su çəni maşınının ilin yaz-yay fəslində KMK-nın xidmət göstərdiyi ərazilərdə gül və kolların yaşıllıq sahələrinin suvarılması məqsədilə fəaliyyət göstərir. Payız-qış mövsümündə suvarma işlərinin aparılmasına ehtiyac olmadığından və avtomobilin növbəti mövsümə saz sazlanması məqsədilə avtomobilin istismarı dayandırılsın. Sürücü İddiaçı xx.xx.2023-cü il tarixində öz hesabına ödənişsiz məzuniyyətə buraxılsın. Müddətsiz müqaviləyə xitam verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin 3-17-5/2-i- 39666/202 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən İddiaçı ilə müəssisənin rəisi X6 (işəgötürən) arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsinin bağlanıldığı və işəgötürən İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə 16 saylı əmrlə İddiaçı ilə bağlanmış müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2023-cü il tarixdən xitam verildiyi müəyyən olunmuşdur. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.5-ci (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.) və 76-cı (əməmk müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) maddələrinin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda məktubda bildirilmişdir ki, İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiya prosesinin keçirilməsinə dair xx.xx.2024-cü il tarixdə tərəflərə (İddiaçı və Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri X6) bildiriş göndərilmiş, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin proses davam etdirilməmişdir. İş materiallarına əlavə olunan MN №1931847 saylı xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X9 tərəfindən Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəisi X6 barəsində müəyyən edilmişdir, M. İsmayılovun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 172.4-cü maddələrinin tələblərini pozaraq xitam verən zaman yazılı ərizəsi alınmamış və son haqq-hesabı işdən çıxdığı gün ödənilməmişdir. Bu fakt İddiaçı izahatı və təqdim etdiyi bank çıxarışı ilə təsdiq edilir. İş materiallarına əlavə olunan İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN №0020880 saylı xx.xx.2024-cü il tarixli Qərarın surətindən görünür ki, vəzifəli şəxs X6 tərəfindən işçi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. X1 tərəfindən Azərbaycna Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən X4 2000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək, Qubadlı rayon Mənzil Kommunal İdarəsi tərəfindən adının işdə olmasına baxmayaraq 2023-cü ilin iyul ayından əmək haqqısının dayandırılmasına dair müraciət etmiş və kömək istəmişdir. İş materiallarında olan İddiaçı Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına yük avtomobilinin sürücüsü olaraq müddətsiz işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı xxxxxxx000101 saylı əmək müqaviləsi bildirişinə dəyişiklikliyə dair çıxarışından görünür ki, Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2023-cü il tarixdə sürücü İddiaçı müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2/a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam vermişdir. İş materiallarında olan Əmrlər kitabının 16 saylı xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, Qubadlı rayon KMK-nın ** AC *** nömrəli Kamaz markalı su çəni maşınının ilin yaz-yay fəslində KMK-nın xidmət göstərdiyi ərazilərdə gül və kolların yaşıllıq sahələrinin suvarılması məqsədilə fəaliyyət göstərir. Payız-qız mövsümündə suvarma işlərinin aparılmasına ehtiyac olmadığından və avtomobilin növbəti mövsümə saz sazlanması məqsədilə avtomobilin istismarı dayandırılsın. Sürücü İddiaçı xx.xx.2023-cü il tarixində öz hesabına ödənişsiz məzuniyyətə buraxılsın. Müddətsiz müqaviləyə xitam verilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı sürücü kimi işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli 14 saylı Əmrlə işəgötürən Əmək Məcəlləsinin 169.1-ci maddəsini əsas götürərək işçiyə boşdayanmaya görə vəzifə maaşının 3/2 hissəsinin ödənilməsini qərara almışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli 16 saylı Əmrlə işəgötürən İddiaçı xx.xx.2023-cü il tarixdən öz hesabına ödənişiz məzuniyyətə buraxmağı və müddətsiz müqaviləyə xitam verməyi qərara almış və eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə işçinin xx.xx.2023-cü il tarixdə 16 sayl Əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə məlumat yerləşdirmişdir. İddiaçının ona əmək haqqı ödənilməməsi barədə müraciəti əsasında X7 Xidmətində aparılmış araşdırma nəticəsində iddiaçıya xx.xx.2024-cü il tarixdə məlum olmuşdur ki, onu işdən azad ediblər. Bundan sonra iddiaçı mediasiya təşkilatına müraciət etmiş və cavabdehə mediasiya tətbiqi barədə xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini ötürməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Qeyd edilən hüquq normasına əsasən belə olduğu halda işçinin işdən azad edilməsinə dair ərizə olmalıdır, lakin iddiaçı qeyd edir ki, belə bir ərizə yazmamışdır, cavabdeh bu halı etiraf edir və qeyd edir ki, ərizə olmadan işçi işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 68.2-cı maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir. Həmin Məcəllənin 69.1.-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda bu məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarix6, işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhəkəmədə müəyyən olundu ki, cavabdehin nümayəndəsi iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozaraq, bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl etmədən işdən azad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsinə dair verilmiş 16 saylı əmr ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqısı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar