Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-494/2024 23.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X20 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Ərizəçi vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1947-ci ildə Qubadlı rayonu Göyyal kəndində doğulması, X1, anasının X8 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbi ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3-N nömrəli Qərarı ilə təstiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına aid Təlimatın 2-ci bəndinə əsasən 1-3-cü qrafalarda müvafiq olaraq uşağın soyadı, adı və ata adı yazılır, 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur, 6-cı qrafada doğulduğu yer şəhər (kənd), vilayət (ölkə, respublika) yazılır, 11-13-cü qrafalarda atanın və ananın soyadı, adı və ata adı yazılır. Ərizəçi iddia ərizəsinin xahiş edirəm hissəsində uşaq bəndində soyadı (nikahdan əvvəlki soyadı qeyd olunmalıdır), adı, ata adı haqqında məlumat qeyd olunmamışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, onun xx.xx.1947-ci ildə Azərbaycan Respublikası Qubadlı rayon, Göyyal kəndində doğulması, X1, anasının isə X11 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, doğum haqqında akt qeydinin uşaq qrafasında adının, soyadının və ata adının “X13”, atasının və anasının milliyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1947-ci ildə Qubadlı rayonu, Göyyal kəndində anadan olub. Onun X1, anası X8 olmuşdur. Hər iki valideyni rəhmətə gedib. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Belə ki, arxiv sənədlər Ermənistan Respublikasındadır. Sənədin olmaması bir sıra hüquqlarının realizəsinə ciddi çətinlik yaradır. Maraqlı şəxs cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imitina edilmişdir. Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Sənədin bərpası vərəsəlik işi ilə bağlı hüquqlarını həyata keçirmək üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin vəkili ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, ərizəçi bacısıdır. Ondan böyükdür. Özü 20 mart 1967-ci ildə, bacısı xx xxxxx 1947-ci ildə anadan olub. Atalarının adı Abasqulu, ata babalarının adı Əbdüləli, ana babalarının adı Albalı olmuşdur. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi bacısıdır. Ondan böyükdür. Özü 15 fevral 1964-cü ildə, bacısı xx xxxxx 1947-ci ildə anadan olub. Atalarının adı Abasqulu, ata babalarının adı Əbdüləli, ana babalarının adı Albalı olmuşdur. Məhkəmə ərizəçinin vəkilini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 01 027590 saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə Qubadlı rayonu Göyyal kəndində doğulmuşdur. İş materiallarında olan Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1947-ci ildə Qubadlıda doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-69-1487/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 barəsində barəsində Maraqlı şəxs arxivində doğum aşkar olunmadı. Arxiv məlumatları Qubadlı rayon Fərcan icra Nümayəndəliyi üzrə 1944-1950-ci illər, Qubadlı rayon Dəmirçilər icra nümayəndəliyi üzrə 1955-1961-ci illər və Qubadlıı rayon qeydiyyat şöbəsi üzrə 1959-1978-ci illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-S-1xxxx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təstiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilir. İş materialarına əlavə edilmiş Qafan Dövlət Bürosunun ZAQS-ı tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. X1, anası X5r. İş materialarına əlavə edilmiş Dəmirçilər kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. X1, anası X5r. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci ildə Qubadlı rayon, Göyyal kəndində doğulması, atasının X4, anasının X8 olmasına dair doğumun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydinin uşaq qrafasında adı, soyadı və ata adı “X9”, ata və anasının milliyəti “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-494/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-494/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver