Məhkəmə qərarları › İş №2(028)-517/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-517/2023

18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-517/2023 18.10.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt Regional Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraçiət edərək, onun xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğulması, X1, anası X5 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğulmuşdur. X1, anası X6 vəfat etmişlər. Ona məxsus doğum şəhadətnaməsi nəmalum şəraitdə itmişdir.Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil, çünki arxiv sənədləri Ermənistan Respublikasındadır. Doğum haqqında şəhadətnamə almaq məqsədi ilə 1 saylı Sumqayıt Regional Maraqlı şəxs Qeydiyyat şöbəsinə müraçiət etmişdir. Həmin orqan ona mənfi çavab vermiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hazırda bir sıra məsələlərin həll edilməsi üçün doğum aktı qeydinin bərpası və doğum haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəməyə müraçiət etmək məcburiyyətində qaldığını göstərərək ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X3 bildirdi ki, o, 13 mart 1976-cı il tarixdə Qubadlı rayonu, Zilanlı kəndində anadan olub. Ərizəçi onun böyük bacısıdır.Onların valideynləri rəhmətə getmişlər.Səndəgül xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olub. Məhkəmədə şahid X4 bildirdi ki, o, 01 oktyabr 1960-cı il tarixdə Qubadlı rayonu, Zilanlı kəndində anadan olub. Ərizəçi onun bacısıdır.Onların valideynləri rəhmətə getmişlər.Səndəgül xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olub. İş üzrə maraqlı tərəf olan 1 saylı Sumqayıt Regional Maraqlı şəxs Qeydiyyat şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin vəkili və nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Bu hal Ərizəçi AZE N 0******* vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurəti ilə təsdiq olunur. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 714 №-ilə qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 169 №-ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən iddiacıya ünvanlanmış 02 sentyabr 2023-cü il tarixli 3-16-5/8-15-3950/2023 saylı məktubda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar» əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 1.7.-ci bəndinə uyğun olaraq qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 1 saylı Sumqayıt Regional Maraqlı şəxs Qeydiyyat şöbəsində doğum akt qeydinin bərpasına dair xahişi təmin etmək mümkün olmadı və məhkəməyə müraciət etmək tövsiyyə olunur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma ücün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğulması, X1, anası X6 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar