Məhkəmə qərarları › İş №2(028)-521/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-521/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-521/2021 21.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə Ərizəçi maraqlı şəxs Qubadlı Rayon Qeydiyyat Şöbəsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, onun 01.06.1941-ci ildə Xocahan kənd icra nümayəndəliyində X5 ilə rəsmi nikaha daxil olması, nikahlarının Xocahan kənd icra nümayəndəliyində qeydə alınması faktının müəyyən edilməsi və nikah haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış teleqramda ərizəçi işə onun iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir.Öz ərizəsində ərizəçi göstərmişdir ki, o, xx.xx.1926-cı ildə Qubadlı rayonu, Əbilcə kəndində anadan olmuşdur. Qubadlı rayonu, Əbilcə kəndində qeydiyyatdadır.Hal-hazırda ünvan 1 ünvanında yaşayır.O, 01.06.1941ci ildə Xocahan kənd icra nümayəndəliyində X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan uşaqları yoxdur. Qubadlı rayonun işğalı ilə əlaqədar olaraq nikah haqqında şəhadətnamənin əsli rayonda qalmışdır.O, təkrar olaraq nikah haqqında şəhadətnamə almaq üçün Qubadlı rayon Qeydiyyat Şöbəsnə müraciət etmiş, lakin buna müsbət cavab verilməmişdir. Buna görə nikahlarının qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən etməsi zərurəti yaranmışdır. Mərhum həyat yoldaşı 1941-1945-ci illər X8 iştirakçısı olub. Hər il Qələbə günü münasibətlə X13 iştirakçılarının ailə üzvlərinə pul verilir.O, həmin pulu ala bilmir.Faktın müəyyən edilməsi həmin pulu almaq üçün lazımdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir. X3 göstərdi ki, o, 1950-ci ildə Qubadlı rayonun Əbilcə kəndində anadan olmuşdur.Ərizəçi ilə həmkəndlidir.O, ərizəçinin uzun müddət X5 ilə ər-arvad kimi yaşadıqlarının şahidi olmuşdur.Onların övladları olmamışdır. X5 96 yaşında - keçən il vəfat etmişdir və o, onun dəfnində iştirak etmişdir. X2 göstərdi ki, o, 1956-cı ildə Qubadlı rayonun Qiyaslı kəndində anadan olmuşdur.Ərizəçi ilə qonşu kəndlərin sakinləri olmuşlar.O, ərizəçinin qardaşı qızı ilə ailəlidir.Ərizəçinin uzun müddət X5 ilə ər-arvad kimi yaşadıqlarının şahidi olmuşdur.Onların övladları olmamışdır.X5 96 yaşında - keçən il vəfat etmişdir və o, onun dəfnində iştirak etmişdir. Məhkəmə şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1926-cı ildə Qubadlı rayonu, Əbilcə kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X5 01.07.1925-cı ildə Qubadlı rayonu, Əbilcə kəndində anadan olmuşdur. İş materiallarında olan və Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.Məhkəməyə müraciət etmək tövsiyyə olunur. Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli N 05/Q-119/69 sənəddə göstərilir ki, X5 ilə Ərizəçi nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 09.06.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və Bakı şəhəri, Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 03.12.2020-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 21.11.2020-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda ölmüşdür. İş materiallarında olan və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 04.09.1998-ci il tarixdə verilmiş 54651 saylı vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1993-cü ildə yaşadığı Qubadlı rayonunu tərk edib. İş materiallarında olan və 1941-1945-ci illər X9 Qələbənin 70 illiyi ilə əlaqədar X5 2015-ci il 2 fevral tarixli sərəncamı ilə yubiley medalı ilə təltif olunmuşdur. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrubəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X16 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli N 05/Q-119/69 sənəddə göstərilmişdir ki, X5 ilə Ərizəçi nikahının pozulması haqqında akt qeydi aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə xüsusi ilə qeyd edir ki, Ərizəçi X5 ilə 1941-ci ildə, yəni SSRİ X16 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək faktiki nikah münasibətinə daxil olsa da belə, həmin nikah dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulardı. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 01.06.1941-ci ildə Xocahan kənd icra nümayəndəliyində X5 ilə rəsmi nikaha daxil olması, nikahlarının Xocahan kənd icra nümayəndəliyində qeydə alınması faktı müəyyən edilsin və nikah haqqında akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar