Məhkəmə qərarları › İş №2(028)-527/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-527/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-527/2023 12.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağları, Qaladərəsi, 1 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahlarından iki övladları - xx.xx.2014-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Onlar bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Buna görə də aralarında olan nikah Qubadlı Rayon Məhkəməsinin 2(028)-2/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, uşaqlar iddiaçının yanında qalmış və cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nikah ləğv olunandan sonra valideynlərinin və qohumlarının köməkliyi ilə Sumqayıt şəhəri, Xəzər bağları, Qaladərəsi,1 caylı fərdi yaşayış evi alınmışdır.Həmin evə 2022-ci ilin avqust ayında uşaqları ilə birlikdə köçmüşdür.Bir müddət sonra cavabdeh uşaqlarla görüşmək bəhanəsi ilə həmin evə gəlmiş və evdən çıxmır. İddiaçı da məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət edir. Həmin evə dair mülkiyyət hüquqları qeydə alınmış olmasa da, həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquqlar onun adına qeydə alınmışdır.Fərdi yaşayış evi onun istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hesab edir ki, hazırki halda iddiaçı həmin evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözlənyiyə” malikdir. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı Protokolun 1-cı maddəsinin mənasına görə “mülkiyyət ” anlayışına daxildir.Qeyd olunanlara əsasən hesab edir ki,mübahisəyə oxşar, yəni mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları tərbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının əmlak üzərində sahiblik və istifadə hüququnu həyata keçirməyə mane olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı ilə 2013-cü il 24 apreldə birgə nigaha daxil olmuşdur. Bu nigahdan iki övladı dünyaya gəlmişdi. 05 yanvar 2022-ci ildə nigahları pozulmuşdur. İddiaçının qeyd etdiyi fərdi ev birgə nigahları pozulduqdan sonra 2022-ci ilin avqust ayında cavabdehin öz şəxsi vəsaiti ilə alınmışdır. Bunu sübut edən sənədlər və əsaslı faktları var. Cavabdeh övladlarının ev şəraiti ilə təmin olunması məqsədi ilə keçmiş həyat yoldaşının adına evi rəsmiləşdirilməsinə icazə vermiş və özü də o evdə yaşayır. Rəsmiləşdirmə 2023-cü ilin aprel ayında həyata keçirilmişdir. İcazə vermək məqsədi nigahları pozulsa da, həmin fərdi evdə qarşılıqlı olaraq razılaşmaları olub və bir yerdə yaşayırlar, çünki cavabdehin başqa yerdə yaşamaq üçün evi yoxdu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin hallan ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlan” və beləliklə, "mülkiyyət” kimi qiymətləndirilə bilər. ’’Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin “Gillou Birləşmiş krallığa qarşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, “insan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daim əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdınlmasmın mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqlan yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdınla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdınlmasına yalnız bu Məcəllə, digər qanun əsasmda yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1 -ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normal an tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericüik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Yuxanda göstərilənləri və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1,3.9-cu, maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X1 göstərdi ki, Sumqayıt şəhəri, Xəzər bağları, Qaladərəsi, 1 saylı fərdi yaşayış evini iki il bundan qabağ almışdır.Bir il yaşadıqdan sonra 35000 manata İddiaçı satmışdır.O, cavabdehi tanımır, onu alqı-satqı zamanı görmüşdür. X5 Babaş qızı göstərdi ki, İddiaçı onun qızıdır. Sumqayıt şəhəri, Xəzər bağları, Qaladərəsi, 1 saylı fərdi yaşayış evini 35000 manata Cavidin adına almışlar.Cavid həmin evin alınması üçün 4000 manat pul qoymuşdur. Sonra Cavidin anasının adına olan evi satıb, 7000 manat məbləğində pulu həmin evin alması üçün istifadə etmişlər. Məhkəmə iş üzrə iddiaçının vəkili və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikahın pozulması, uşaqların İddiaçı yanında qalması, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin hər bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı pozulmuşdur.Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 02 avqust 2022-ci ildə qeyd olunmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsinin sədri tərəfindən xx.xx.2023-сü il tarixdə İddiaçı verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı həqiqətən Xəzər Bağçılıq Cəmiyyəti, Qaladərəsi küçəsi, 1 saylı evdə qeydiyyatsız yaşayır və onun aşağıdakı sayda ailə üzvləri var: İddiaçı, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8. İş materiallarında olan Sumqayıt şəhər “Xəzər” Bağçılıq yoldaşlığı İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 9 saylı protokolundan çıxarışdan görünür ki, Cavabdeh 120 m2 torpaq sahəsi ayrılmışdır. “Xəzər” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınıb Bağçılıq Yoldaşlıq cəmiyyətinə üzv qəbul edilsin. Cavabdeh tərəfindən Xəzər Bağçılıq Cəmiyyətinə ünvanlanmış ərizədə göstərilmişdir ki, ünvan 2 olan bağ evini birlikdə yaşadığı keçmiş həyat yoldaşı və övladları evlə təmin edilməsini nəzərə alaraq 798a/1 saylı bağ evini İddiaçı adına sənədləşdirilməsini xahiş edir. İş materiallarında olan tarixi qeyd olunmamış 798a/1 saylı bağçının üzvlük kitabçasının kserosurətindən görünür ki, İddiaçı Xəzər Bağçılıq Cəmiyyətinin üzvüdür. Bağçılıq Cəmiyyətinin sahəsindən 120 m2 daim istifadə üçün verilmişdir. İş materiallarında olan tarixi qeyd olunmamış 798a/1 saylı bağçının üzvlük kitabçasının kserosurətindən görünür ki, Cavabdeh Xəzər Bağçılıq Cəmiyyətinin üzvüdür. Bağçılıq Cəmiyyətinin sahəsindən 120 m2 daim istifadə üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 137-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan Sumqayıt şəhər “Xəzər” Bağçılıq yoldaşlığı İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 9 saylı protokolun çıxarışından görünür ki, Cavabdeh 120 m2 torpaq sahəsi ayrılmışdır. “Xəzər” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınıb Bağçılıq Yoldaşlıq cəmiyyətinə üzv qəbul edilsin. İş materiallarında olan və X3 tərəfindən Sumqayıt şəhər “Xəzər” Bağçılıq cəmiyyətinin sədrinə təqdim olunmuş ərizəsində göstərilmişdir ki, bağa baxa bilmədiyini nəzərə alaraq, ona həmişə köməkçi olan Cavabdeh ailə üzvlərinin razılığı ilə həmişəlik istifadəyə vermişdir.Onun Cavabdeh heç bir iddiası yoxdur və gələcəkdə olmayacaq.Lakin məhkəmədə şahid qismində çıxış edərək X3 göstərdi ki, o, Cavabdeh tanımır, onu alqı-satqı zamanı görmüşdür. Belə olan halda məhkəmə X1nın ifadələrinə tənqidi yanaşır, çünki onun ifadələri ziddiyətli və davamlı olmayan xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağları, Qaladərəsi, 1 saylı fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar