Məhkəmə qərarları › İş №2(028)-531/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-531/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-531/2021 15.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə İddiaçı Ərizəçi maraqlı tərəf Qubadlı Rayon Qeydiyyat Şöbəsinə qarşı nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Qubadlı Rayon Qeydiyyat Şöbəsinin 23.07.2021-ci il tarixli 44 saylı nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, cavabdehlə 28.10.2020-ci ildə rəsmi nikah bağlamışdır. Qubadlı Rayon Məhkəməsinin 10.03.2021ci il tarixli qətnaməsi ilə Ərizəçi və X2 arasında 28.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilmişdir.Həmin qətnamənin icra edilməsi üçün çıxarış Qubadlı Rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir.Lakin Qubadlı Rayon Qeydiyyat Şöbəsi səhvən ona AZ-İ 388942 saylı, 23.07.2021-ci il tarixli nikahın pozulmzsı haqqında şəhadətnamə vermişdir.Bu sənəd də həmin qətnamənin icrası üçün yanlışdır.O, təkrar nikahın pozulması haqqında akt qeydinin etibarsız sayılması üçün Qubadlı Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, imtina cavabı almışdır.Ona görə də yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Bunları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Qubadlı Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dindəyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi və X2 arasında 28.10.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilmişdir. İş materiallarında olan və Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi verilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi və X1 ilə olan nikah pozulmuşdur. Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi verilmiş 19 avqust 2021-ci il tarixli, 05/Q-214/15 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir.Məhkəməyə müraciət etmək tövsiyyə olunur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qubadlı Rayon Qeydiyyat Şöbəsinin 23.07.2021-ci il tarixli 44 saylı nikahın pozulması haqqında akt qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar