Məhkəmə qərarları › İş №2(028)-571/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-571/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-571/2021 20.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov, Məhkəmə iclas katibi X1, Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Qubadlı Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Qubadlı Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Qubadlı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən və bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Qubadlı Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar