Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-577/2021 21.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Ərizəçi Maraqlı şəxs1 Fərhad oğlunun iştirakları ilə Ərizəçi maraqlı şəxslər Qubadlı rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs1 Fərhad oğluna qarşı doğum aktına düzəliş olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, 26.11.2020-ci il təvəllüdlü X10 və X4 doğum haqqında akt qeydlərinə düzəliş edərək ata qrafasında Maraqlı şəxs1 Fərhad oğlu, ana qrafasında Ərizəçi kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, o, Maraqlı şəxs3 ilə 01.04.2011-ci ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan üç övladları var. Qubadlı Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və 08.05.2011-ci il tarixdə doğulmuş X7, 06.05.2012-ci il tarixdə doğulmuş X8 və 16.06.2015-ci il tarixdə doğulmuş X3 onun yanında qalmışlar. Hər ay bir uşağın saxlanması üçün Maraqlı şəxs3 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Sonradan o uşaqları atasına vermiş, özü Maraqlı şəxs1 Fərhad oğlu ilə faktiki nikah münasibətlərə girərək ailə kimi yaşamağa başlamışlar. Maraqlı şəxs3 apelyasiya şikatəytinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsi uşaqların ananın yanında qalması və aliment tələbinə dair hissələrdə iddianın təmin edilməməsi qət olunmuşdur.O gündən uşaqlar atasının yanında qalırlar. 2020-ci ilin mart ayından o, Maraqlı şəxs1 Fərhad oğlu ilə faktiki nikah münasibətlərə girərək ailə qurmuşdur.Həmin nikahdan 26.11.2020-ci il təvəllüdlü X10 və X12 iki əkiz övladları olmuşdur. Maraqlı şəxs3 apelyasiya şikatəyti verdiyinə görə və qətnamənin qanuni qüvvəyə minməsi müddətinin gözlədiyinə görə nikahın pozulması haqqında şəhadətnaməni 27.04.2021-ci il tarixdə almışdır. Nikahın pozulması haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, nikahları Qubadlı Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.O vaxtdan o Maraqlı şəxs3 ilə birgə yaşamır, birgə təsərrüfat aparmırlar. Lakin Qubadlı Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsindən şikayət verdiyinə görə və qətnamə qanuni qüvvəsini almadığına görə nikahın pozulması haqqında şəhadətnaməni gec aldığı səbəbindən qanunvericiliyə uyğun olaraq 26.11.2020-ci il təvəllüdlü əkiz övladlarının doğum haqqında şəhadətnamələrin ata qrafasında ata adı keçmiş həyat yoldaşının Maraqlı şəxs3 adı qeyd olunmuşdur.Faktiki olaraq uşaqlarının atası Maraqlı şəxs1 Fərhad oğludur. Maraqlı şəxs1 Fərhad oğlu öz uşaqlarını çox sevir, onlar ailə olaraq birgə yaşayırlar, onun uşaqlarının maddi və mənəvi tələbatlərini təmin edir. Maraqlı şəxs1 Fərhad oğlu özü də həmin uşaqların atası olmasını təsdiq edir, onun ərizəsi ilə bağlı heç bir etiraz yoxdur. Maraqlı şəxs1 Fərhad oğlu öz uşaqlarının sənədlərində yad adamın adına yazılmasına qəbul etmir, hətta bu ona psixoloji cəhətdən də sarsıntı verir.Hal-hazırda o, 4 aylıq hamilədir.Bu səbəbə görə əkiz uşaqlarının doğum haqqında şəhadətnamələrində ata qrafasında düzəliş etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs1 Fərhad oğlu göstərdi ki, ərizəni qəbul edir. Uşaqların atası odur və istəyir ki, onların sənədlərində o, ata kimi göstərilsin.Bunu nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs3 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs3 və Ərizəçi arasında 01.04.2011-ci ildə Qubadlı rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikah pozulmuş, 08.05.2011-ci il tarixdə doğulmuş X7, 06.05.2012-ci il tarixdə doğulmuş X8 və 16.06.2015-ci il tarixdə doğulmuş X1 Afət Aydın qızının yanında qalmışlar.Maraqlı şəxs3 hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment 07.01.2020-cı il tarixdən başlayaraq tutulub hər bir uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün X11 verilməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs3 apelyasiya şikatəyti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsi uşaqların ananın yanında qalması və aliment tələbinə dair hissələrdə ləğv edilmiş, həmin hıssələrdə iddia təmin edilməmiş, 08.05.2011-ci il tarixdə doğulmuş X7, 06.05.2012-ci il tarixdə doğulmuş X8 və 16.06.2015-ci il tarixdə doğulmuş X3 ataları Maraqlı şəxs3 yanında qalmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır Məhkəmə hesab etmişdir ki, işin nəticəsində maraqlı olan Maraqlı şəxs3 işin baxılmasına cəlb edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. İş materiallarında olan və Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən 27.04.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş kserosurətindən görünür ki, Maraqlı şəxs3 və X15 nikahı Sumqayıt Apelyasiya Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 14 aprel 2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 26.11.2020-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs3, anası Ərizəçidır. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 26.11.2020-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs3, anası Ərizəçidır. İş materiallarında olan və Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən 11.09.2021-ci il tarixdə ərizəçiyə ünvanlanmış məktubda göstərilir ki, 26.11.2020-ci il tarixdə anadan olmuş əkiz oğlan uşaqlarının dövlət qeydiyyatına alınması ilə bağlı bildirilir ki, doğuş Sumqayıt şəhəri 2 nömrəli doğum evində baş vermişdir və buna dair 04.12.2020-ci il tarixdə müəssisə tərəfindən doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Qubadlı rayon Qeydiyyat şöbəsinə doğumun nikahda olmayan ananın uşağının doğumunun dövlət qeydiyyatı qaydasında aparılması ilə bağlı müraciət etmişdir.X6 Aktlarının Avtomatlaşdırılmış informasiya sistemində axtarış aparılarkən onun Maraqlı şəxs3 ilə 01.04.2011-ci il tarixdə Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahının olduğu və bu nikahın 27.04.2021-ci il tarixdə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.15-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Faktiki olaraq nikah münasibətlərinin çox zaman öncə bitdiyini bildirsə də, lakin nikah pozulmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi 14.04.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir və nikah pozulmasının dövlət qeydiyyatı 27.04.2021-ci il tarixdə qeydə alınmışdır. Qanuna əsasən bildiririk ki,uşaq nikah dövründə doğulduğu üçün onun döğumunun dövlət qeydiyyatının nikahda olmayan ananın uşağının doğumunun dövlət qeydiyyatı qaydasında aparılması qanunvericiliyə zidd olduğu üçün ərizəni təmin edilməsi mümkün deyil.Göstərilənlərini nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Məhkəmədə müəyyən olundu ki, Nəbiyev X5 Rayon Məhkəməsinin 13.02.2020ci il tarixli qətnaməsindən apellyasiya şikayətini verərək aliment hissəsindən narazı olmuş, lakin nikahın pozulması hissəsini mübahisələndirməmişdir. Eyni zamanda məhkəmədə müəyyən olundu ki, nikahın pozulmasına dair Qubadlı Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Ərizəçi Maraqlı şəxs3 ilə ayrılmış və Maraqlı şəxs1 Fərhad oğlu ilə faktiki nikah münasibətlərinə girərək ailə kimi yaşamağa başlamışlar. Həmin nikahdan onların 26.11.2020-ci il təvəllüdlü əkiz övladları olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 26.11.2020-ci il təvəllüdlü X10 və X4 doğum haqqında akt qeydlərinə düzəliş edilərək ata qrafasında Maraqlı şəxs1 Fərhad oğlu, ana qrafasında Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-577/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-577/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver