Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-598/2022 24.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyətinə qarşı qəyyum təyin edilmə barədə ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyun 1976-cı ildə anadan olmuş atası X1 üzərində qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəçi qəyyun təyin edilmə barədə Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 153cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyətinə qarşı qəyyum təyin edilmə barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-598/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-598/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver