Məhkəmə qərarları › İş №2(028)-604/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-604/2022

28.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-604/2022 28.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinov Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarına dəyişikliyə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən atası X2 adına tərtib olunmuş 119 saylı, xx.xx.2013-cü il tarixli ölüm haqqında akt qeydində öldüyü tarix bəndində “xx.xx.2013-cü il”dən “xx.xx.1994-cü il”ə, öldüyü yer bəndində “Sumqayıt” şəhərdən “Xankəndi”nə və bacısı X1 adına tərtib olunmuş 120 saylı, xx.xx.2013-cü il tarixli ölüm haqqında akt qeydində öldüyü tarix bəndində xx.xx.2013-cü ildən xx.xx.1993-cü ilə, öldüyü yer bəndində Sumqayıt şəhərdən Qubadlı rayon Xəndək kəndinə dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Ərizəçi 28 oktyabr 2022-ci il tarixdə ərizə təqdim edərək, sənədlərinin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, ərizəçinin ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarına dəyişikliyə dair ərizə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qubadlı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar