Məhkəmə qərarları › İş №2(028)-617/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-617/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-617/2023 30.11.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum haqqında akt qeydinə düzəliş olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən tərtib edilmiş 26 saylı xx.xx.1961-ci il tarixli doğum haqqında bərpa akt qeydində uşaq bəndində doğulduğu tarixə “1958-ci ilin1 yarısı”ndan “xx.xx.1954-cü il”ə dəyişiklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1954-cü ildə Qubadlı rayon, Tatar kəndinə anadan olmuşdur. Doğum haqqında akt qeydi tərtib olunarkən doğum tarixi səhvən 1958-ci ilin 1 yarısı kimi qeyd edilmişdir.O, Maraqlı şəxsnə Maraqlı şəxs tərəfindən tərtib olunmuş 26 saylı xx.xx.1961-ci il tarixli doğum haqqında bərpa akt qeydində uşaq bəndində doğulduğu tarixə 1958-ci ilin 1 yarısından xx.xx.1954-cü ilə dəyişiklik edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin dəyişiklik edilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 339-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qubadlı rayon, Tatar kəndində doğulmuşdur. İş materiallarında olan və xx.xx.2009-cu il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi 1954-cü il tarixdə Qubadlı rayonda doğulmuşdur. İş materiallarında olan Xocahan kənd sovetliyi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin kserosurətindən görünür ki, 1954-cü ildə doğulmuş Ərizəçi və 1955-ci ildə doğulmuş X1 xx.xx.1973-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon hərbi komissarlıq tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş hərbi biletinin tərcümə olunmamış kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qubadlı rayon, Tatar kəndində doğulmuşdur. İş materiallarında olan Qubadlı rayon Xocahan kənd sovetliyi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş orta təhsil haqqında attestatın kserosurətindən görünür ki, Ərizəçi 1972-ci ildə Qubadlı rayon Xocahan kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxardığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, ərizəçinin doğum qeydlərinin bərpa aktında səhvlər olduğuna görə həmin qeyd düzgün aparılmamış və düzəliş edilərək Ərizəçi doğum qeydlərinin bərpa aktında doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən tərtib edilmiş 26 saylı xx.xx.1961-ci il tarixli doğum haqqında bərpa akt qeydində uşaq bəndində doğulduğu tarix 1958-ci ilin İ yarısından xx.xx.1954-cü ilə dəyişiklik edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar