Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-632/2024 18.11.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi (maraqlı şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsi) övladının iş vaxtı bədbəxt hadisə nəticəsində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, övladı X2 iş vaxtı bədbəxt hadisə nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 (hazırki ərizəçinin arvadı) cavabdeh "xxxx" MMCyə qarşı oğlu X2 ölümü ilə bağlı “İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası rədd edilmişdir, qeyd edilən qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X2 ölümü X5 Xidməti tərəfindən istehsalatda baş verən bədbəxt hadisə hesab olunmadığından müvafiq təhqiqat komissiyası yaradılmamış, təhqiqat aparılmamış, akt tərtib edilməmiş və cavabdeh təşkilatın “İstehsal zədəsi” formalı akt tərtib etmək öhdəliyi yaranmamışdır. Qətnamədən göründüyü kimi hazırki ərizədəki xahiş də hərfi dəqiqliklə olmasa da, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin xahişi ilə eyni mənanı özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (maraqlı şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsi) övladının iş vaxtı bədbəxt hadisə nəticəsində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-632/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-632/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver