Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-679/2023 25.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 948,86 manat əsas borc və 66 manat icra ödənişi məbləğinin, ümumilikdə 1014,86 manatın onun xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh "xxxx" ASC ilə bağlanmış 22 may 2019-cu il tarixli əsas kredit borcunun restrukturizasiyasi üzrə müqaviləsinə əsasən "xxxx" ASC cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 983,72 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün onunla zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı ünvan ofisində xx.xx.2020-ci il tarixdə icra qeydi aparılmış və icra olunması ücün icra qurumuna göndərilmişdir. Cavabdeh cəmi 20 manat məbləğində ödəniş etmiş və onun barədə icra edilməyən 928,86 manat və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ilə birlikdə 948,86 manat məbləğində pul vəsaitin tutulması ilə bağlı ünvan ofisində xx.xx.2021-ci il tarixdə icra qeydi aparılmış və icra olunması ücün icra qurumuna göndərilmişdir.İcra sənədi onun iş yerinə göndərilmiş və ondan 948,86 manat tələbkarın xeyrinə, 66 manat isə icra ödənişi qismində ondan tutularaq müvafiq hesablara köçürülmüşdür. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutulub ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi bildirdi ki, iddianı qəbul edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan BF/45267/69/26 saylı xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsindən görünür ki, "xxxx" Cavabdeh illik 1 % olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 983,72 manat məbləğində kredit vermişdir. Z-BF/45267/69/26 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan filialı tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan ofisinin 81-1703 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəmişdir. (Hesab:3801000BF4526726A69C).Odur ki, ”İcra Haqqında ” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında onal "xxxx" formatlı ödəniş tapşırıqlarından görünür ki, ABB Bankı ASC-nin Qaradağ filialı tərəfindən "xxxx" ASC-yə 1454/10-11 saylı xx.xx.2023cü il tarixli məhkəmə qərarı ilə İddiaçı 234 manat, 300 manat (sentyabr), 311,4 manat (avqust) və 148,86 manat (iyul) məbləğində kredit borcu ödənilir.(cəmi 994,26 manat) Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-cı maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 994,26 manat tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-679/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-679/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver