Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-728/2025 09.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Narizliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı) hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləməsi faktını təsdiq edən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, o, bundan öncə eyni məzmunlu ərizə ilə inzibati məhkəməyə müraciət etdiyini bildirmiş və həmin məhkəmə tərəfindən onun ərizəsinin rədd edildiyini qeyd etmişdir. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından və Ərizəçi izahatından onun 1978ci ilin dekabr ayından 2012-ci ilin 01 dekabrınadək olan dövr ərzində həm Qubadlı rayon ərazisində, o cümlədən rayon işğal edildikdən sonra digər müəssisələrdə işlədiyi müəyyən edilmişdir. Bu fakt onun məhkəməyə təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında bir başa öz təqdiqini tapmışdır. Həmin əmək kitabçasında Ərizəçi 1978-ci ilin dekabr ayından xx.xx.1992-ci ilədək Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 saylı 12 aprel 2019-cu il tarixli Qərarının 13.2-ci maddəsinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi Ərizəçi ərizəsində göstərdiyi bütün hallar onun ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında tam aydın şəkildə göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 Qərarının 15.4-cü bəndinə əsasən eyni ilə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Narizliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı) hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-728/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-728/2025
09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver