Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-729/2021 23.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçil Ərizəçi2, Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək 03.10.2018-ci il tarixdə doğulmuş X6 doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 vəkili və nümayəndəsi ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi2 ilə 2012-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı tibb müəssisəsindən kənarda - yaşadıqları evdə anadan olmuşdur. Həmin vaxt orada olan qohumları doğuma köməklik göstərmişlər. Hal-hazırda uşaq sağlamdır və Sumqayıt Tibb Mərkəzində qeydiyyatdadır. Uşaq tibb müəssisəsindən kənarda doğulduğuna və doğumu təsdiq edən həkim arayışı olmadığına görə Qubadlı rayon Qeydiyyat şöbəsi doğumun qeydə alınmasından imtina etmişdir. Doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün deyil. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 eyni məzmunlu izahat verərək ərizənintəmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Qubadlı rayon Qeydiyyat şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, ərizəçi onun qızıdır. Qızı ev şəraitində uşaq doğulmuşdur. Uşaq doğulan zaman həkim çağırılmış, lakin həkim gələnə kimi doğuş baş verdiyindən o, doğuma köməklik göstərmişdir. Uşaq hal-hazırda sağ-salamatdır. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısı ev şəraitində uşaq doğmuşdur. Uşaq doğulan zaman həkim çağırılmış, lakin həkim gələnə kimi doğuş baş verdiyindən o, anası ilə birlikdə doğuma köməklik göstərmişdir. Uşaq halhazırda sağ-salamatdır və valideynlərinin himayəsindədir. Məhkəmə ərizəçini, vəkili və nümayəndəsini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş kserosurətindən görünür ki, Ərizəçi1 və X2 10 yanvar 2012ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 №-ilə qeyd edilmişdir. Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 05/Q-216/15 saylı, 19.08.2021-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndində göstərilir ki, tibb müəssisəsindən kənarda doğulmuş uşağın doğulmasını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həkim arayışı təqdim etmədiyinə görə yeni doğulmuş uşaqların doğumunun qeydə alınması mümkün deyil. Bu səbəbə görə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 21.09.2021-ci il tarixli arayışa əsasən 03.10.2018-ci il tarixdə doğulmuş X1 sağlamdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəcilərinin müraciəti təmin edilərək uşağın doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 03.10.2018-ci il tarixdə doğulmuş X6 doğum faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-729/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-729/2021
23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver