Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-76/2021 16.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi Quliyeva Reyhan Cəmil qızının katibliyi Ərizəçi Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialın nümayəndəsi X3 iştirakları ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1978-ci ilin dekabr ayının 1dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləməsi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində işləməsi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, 1959-cu ildə Qubadlı rayonuda anadan olmuşdur. O 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləmiş və bu barədə qeydlər onun adına açılmış əmək kitabçasına da daxil edilmişdir.Bu qeyd işlədiyi müəssisənin rəsmi arayışına əsasən daxil olunmuş və bu da əvvəlki əmək kitabçasının işğal zonasında qalması ilə izah edilir.Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsi həmin qeydlə kifayətlənməyərək bu faktın daha mötəbər sübutlarla təsdiq edilməsini tələb edir. Bu faktın müəyyən edilməsi həmin dövrün əmək stajının onun sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edılməsi üçün lazımdır. O, 2019-cü ilin aprel ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmış, lakin onun əlilliyə görə əmək pensiyasına çıxmağı üçün əvvəlki dövrlərdə işlədiyi müddətin də ümumi sığorta stajina salınması lazımdır. O, 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixə kimi Qubadlı rayonu Elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinin üzərinə qoyulması iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir.Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ona izah olunmuşdur ki,qeyd edilən dövrün staj hesab edilməsi üçün hüquqi faktı müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir və həmin fakt təsdiq edildikdən sonra o yenidən bu barədə müraciət edə bilər. Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərərək, ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi iddia ərizəsinə etiraz təqdim dərək göstərdi ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarının 1.6-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarının 1.7-ci bəndində qeyd edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qeyd edilən normaların mənasından görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi şərtləri bunlardır-ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyəti faktkar olmalıdır və ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərii itirməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 13.2-ci bəndində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmçinin ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən istədiyi müddət 24 il təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. Həmin qərarının 17-ci bəndinə əsasən,iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Lakin ərizəçinin təsdiqini tələb etdiyi müddət 12 il 6 aydan çoxdur. Bunları nəzərə alaraq ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. X2 göstərdi ki,o 1978-ci ildən 1993-cü ilin avqust ayının sonuna kimi Qubadlı rayonunda fəaliyyət göstərən SMD-21-də mühəndis işləmişdir.Ərizəçi həmin idarədə qreyderçi - mexanizator işləmişdir. X1 göstərdi ki,o 1978-ci ildən 1993-cü ilin avqust ayının sonuna kimi Qubadlı rayonunda fəaliyyət göstərən SMD-21-də baş iqtisadçı işləmişdir.Həmçinin həmin idarədə həmkarlar komitəsinin sədri olmuşdu. Ərizəçi həmin idarədə qreyderçi - mexanizator işləmişdir. Məhkəmə iş üzrə ərizəçini, maraqlı şəxsin nümayəndəsini,şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, ərizəçi xx.xx.1959-cü ildə Qubadlı rayonu,Əyin kəndində anadan olmuşdur. Bu hal Ərizəçi məxsus vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurəti ilə sübut olunur. İş materiallarında olan SMD-21 tərəfindən X4 verilmiş 28.04.1993-cü il tarixli tərcümə olunmamaış arayışdan görünür ki, X7 həqiqətən Qubadlı rayonunun SMD-21-də 06.03.1978-ci il tarixdən baş iqtisadçı işləyir. İş materiallarında olan, X1na məxsus, 08.09.1993-cü il tarixdə tərtib olunmuş ИT - 1655053 saylı əmək kitabcasının surətindən görünür ki, o, həqiqətən 06.03.1978-ci il tarixdən 08.09.1993-ci il tarixədək Qubadlı rayonunun SMD-21-də baş iqtisadçı işləmişdir. İş materiallarında olan, X2na məxsus 01.03.1978-ci il tarixdə tərtib olunmuş ИT- 1189604 saylı əmək kitabcasının surətindən görünür ki, o, 20.09.1978-ci il tarixdən 08.09.1993-ci il tarixədək Qubadlı rayonunun SMD-21-də müxtəlif vəzifələrdə işləmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabcası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayon SMD-21-də qreyderçi vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-76/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-76/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver