Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-765/2025 28.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycna Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun X3) sığorta stajına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildən xx.xx.1994-cü il tarixədək Qubadlı rayonunda fəaliyyət göstərmiş X5 və X1raj müdiri vəzifəsində işlədiyi müddətin sığorta stajına hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2026-cı il tarixə təyin olunmuşdur. Maraqlı şəxsin nümayəndəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad və ya mahiyyəti üzrə baxıldığı halda ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3-cü və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r v e r d i: Ərizəçi (maraqlı şəxs Azərbaycna Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun X3) sığorta stajına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-765/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-765/2025
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver