Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-80/2023 10.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Ruvinovun sədrliyi Quliyeva Reyhan Cəmil qızının katibliyi Ərizəçi Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsinin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsinə qarşı iş stajı təsdiqi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6nun 1945-ci ildən 10 avqust 1985-ci ilə kimi iş stajının bərpa edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.Ərizəyə dəqiqləşmə edərək göstərmişdir ki, X6 1984-cü ildə 60 yaşı tamam olandan sonra pensiyayay çıxmış və xx.xx.1985-ci ilədək pensiya almışdır. X9 1945-ci ildən 10 avqust 1985-ci ilə qədər Qubadlı rayon Texniki Təmir stansiyasında işlədiyi dövrün iş stajı faktının təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.Eyni zamanda maraqlı tərəf Maraqlı şəxs deyil, Abşeron-Xızı regional idarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, uşaqlıqdan 2-ci qrup əlil olduğu üçün “Əmək pensiyaları haqqında“ qanunun 18-ci maddəsinə əsasən 16 avqust 2021-ci il tarixdə hər iki valideynin vəfat etdiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş və 20 sentyabr 2021-ci il tarixli məktubu ilə cavabdeh ona rədd cavabı vermişdir.Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Məhkəmədə ərizənin təmin edilməsi üçün atasının iş stajını təsdiq edən əmək kitabçası ondan tələb olunmuşdur. Əmək kitabçasının işğal altında olan rayonda qaldığını bildirmiş və iş stajını şahid ifadələri ilə bərpa etməyi xahiş etmişdi. Hakim iş stajını şahid ifadələri ilə bərpa etməyi onların səlahiyyətlərinə aid olmadığını və qeydiyyatda olduğu məhkəməyə müraciət etməyini bildirmişdi. X6 10 avqust 1985-ci ildə Qubadlı rayonunda vəfat etmişdir. X16 iştirakçısı olub. Müharibədən qayıdandan sonra ölənə qədər rayonunu “RTS” deyilən idarəsində işləmişdir.Bunu onunla bir yerdə işləyən şahidləri də təsdiq edə bilərlər. Göstərilənlərini nəzərə alaraq ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsinin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim dərək göstərdi ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilmiş “iş stajına aid olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Ərizəçi iddia ərizəsində mərhum X6nun xx.xx.1985- ci ildə Qubadlı rayonunda vəfat etdiyini qeyd etmişdir. İddiaçının ərizəsinə əsasən mərhum atası X16 iştirakçısı olmuşdur. Həmçinin ərizədə M.Aslanovun müharibədən qayıdandan sonra ölənə qədər “RTS” deyilən idarədə işlədiyi qeyd olunmuşdur. Ərizəçi ərizəsində atasının əmək kitabçasının işğal altında olan ərazidə qaldığını iddia etmişdir. Ərizəçi atasının işləməsi faktını təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək həmin dövrün iş stajı faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, Ərizəçi ərizəsi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: 1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2) ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür: 1) hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; 2) hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikəri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir;
1. Ən azı iki nəfər şahid olmalı;
2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);
3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda Əsasnamənin eyni bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Bunları nəzərə alaraq ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 göstərdi ki, o, 1984-cü ildə Qubadlı rayon X8 Texniki Təminat birliyinə işə mühasib vəzifəsinə qəbul olunmuşdur. X14 ikinci dünya müharıbəsinin iştirakçı olmuş və müharibədən qayıdandan sonra, yəni 1945-ci ildə həmin idarəyə işə qəbul olunmuş və baş usta işləmişdir. X2 göstərdi ki, o 1981-ci ildə Qubadlı rayon X8 Texniki Təminat birliyinə işə qəbul olunmuşdur. X14 ikinci dünya müharıbəsinin iştirakçı olmuş və müharibədən qayıdandan sonra, yəni 1945-ci ildə həmin idarəyə işə qəbul olunmuş və baş usta işləmişdir. Məhkəmə iş üzrə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarıxdə Qubadlı rayonu, Mirlər kəndində anadan olmuşdur. İş materiallarında olan və Qubadlı rayonu, Dondarlı icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə doğulmuşdur.X6, anası X11. İş materiallarında olan və Qubadlı rayonu, Dondarlı icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1985-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 173489 saylı vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi uşaqlıqdan 2-ci qrup əlildir. İş materiallarında olan və Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında “ qanunun 14.1-ci maddəsinə əsasən sizə xx.xx.2014-cü il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilmişdir.Mərhum atasının ölüm kağızını təqdim etməsinə baxmayaraq, pensiyası yenidən hesablana bilməz. Bu tələb “Əmək pensiyaları haqqında“ qanuna və “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na ziddir. “Əmək pensiyaları haqqında“ qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 1.2 yarımbəndinə əsasən ailə başçısının itirməyə görə pensiya təyin edilməsi üçün ailə başçısının əmək kitabçası əsas götürülür. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2 yarımbəndinə əsasında əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət,qəza, dağıntı, yanğın, hərbi əməliyyətlər, milli münaqişə və digər fövqəlada hallarla bağlı) təqdim edə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı hesablanır. Ərizəçi İİ dərəcə əlilliyi olan şəxsdir, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir. İş materiallarında olan şahid X7 məxsus və xx.xx.1975-ci il tarixdə tərtib olunmuş ИТ-1 № ******* əmək kitabçasının kserosurətindən görünür ki, o, 1981-ci ildə Qubadlı rayon X8 Texniki Təminat birliyinə işə qəbul olunmuş və 1986-cı ilə qədər orada işləmişdir. İş materiallarında olan X1na məxsus və xx.xx.1999-c il tarixdə tərtib olunmuş ИТ-1 № ******* əmək kitabçasının kserosurətindən görünür ki, o, 1984-cü ildə Qubadlı rayon X8 Texniki Təminat birliyinə işə qəbul olunmuş və 1993-cü ilə qədər orada işləmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. 1999-сu il tarixədək qüvvədə olan Azərbayсan Respublikasının Əmək Qanunları Məсəlləsinin 29-сu maddəsinə əsasən əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır. İşəgötürən tərəfindən əmək kitabçasına işci haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. 1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. Həmin Məcəllənin 253-cü maddəsinə əsasən işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. 1999-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 1999-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinə əsasən sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutuan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçinin onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. 2006-cı il tarixdən sonra qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-сi maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məсburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləсə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 2006-сı il tarixdən sonra qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 25-сi maddəsinə əsasən, sığorta stajı müvafiq iсra hakimiyyəti orqanı tərəfindən məсburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. 2006-cı il tarixdən sonra qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun 30-cü maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sığortası pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Bu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. X9 1945-ci ildən 1984-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrü iş stajı faktı kimi təsdiq edilsin. Qalan hissədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HAKİM VLADİMİR RUVİNOV