Məhkəmə qərarları › İş №2(028)-81/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-81/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-81/2025 03.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) nikah haqqında akt qeydinin bərpa olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, valideynləri X5 ilə X7 xx.xx.1963cü il tarixdə Ermənistan Respublikası, Qafan rayon Sevakar İcra nümayəndəliyində (nikahadək soyadı Cabbarova olmuşdur) qeydə alınan nikah haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X3 xx.xx.1985-ci ildə Qubadlı rayonu, Dəmirçilər kəndində, anası X10 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişlər. Valideynlərinin nikahı Ermənistan Respublikası, Qafan rayon Sevakar İcra nümayəndəliyində xx.xx.1963-cü ildə qeydə alınıb. Onlara məxsus nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Anasının ölümündən sonra notariat orqanında vərəsəlik işi ilə bağlı müraciət etdikdə valideynlərinin nikah haqqında şəhadətnaməsi tələb edilir. Nikah şəhadətnaməsinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Sənədin bərpası bir sıra hüquqlarının realizə edilməsi üçün ciddi çətinlik yaradır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edildi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, ərizəçi bacısıdır. Özü evin sonbeşiyidir. X1, anaları X10 olubdur. Valideynləri bir-biri ilə Qafan rayonunda tanış olub ailə qurublar. Məhkəmə iclasında şahid X2 bildirdi ki, ərizəçi bacısıdır. Bacısı ondan böyükdür. Özü ailənin üçüncü övladıdır. X1, anaları X10 olubdur. Valideynləri bir-biri ilə Qafan rayonunda tanış olub ailə qurublar. Anasının qızlıq soyadı Cabbarova olub. Məhkəmə iş üzrə ərizəçini, şahidi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. X3, anası X8r. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarıının reyestri xidmətinin çıxarışından görünür ki, X5 xx.xx.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış məktubda göstərilir ki, ərizəçinin valideynləri X5 və Həsənova (Cabbarova) Minə Paşa qızının nikahı haqqında akt qeydinin bərpa edilməsi haqqında ərizəsinə baxılaraq bildirilir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənləin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasə bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 ilə Həsənova (Cabbarova) Minə Paşa qızı arasında xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayon Sevakar İcra nümayəndəliyində qeydə alınmış nikah haqqında akt qeydi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar