Məhkəmə qərarları › İş №2(028)-87/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-87/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-87/2021 22.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə köcürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqların 26 yanvar 2012-ci il təvəllüdlü X2 və 27 fevral 2013-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evinə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o cavabdehlə 2011-ci ildə nikah bağlamışlar. Birgə nikahdan iki övladları var. Qubadlı rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmaqla saxlanılması üçün hər ay hər uşaqa 160 manat miqdarında aliment təyin edilmişdir.Ailə qurduqdan sonra o mübahisəli mənzilə köçmüş və orada yaşamışdır.Birgə nikahdan olan uşaqlar həmin evdə dünyaya gəlmişlər. Nikah pozulduqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə həmin mənzildən qovmuşdur. O, məcbur olub uşaqları ilə birlikdə əvvəl anasının yanında qalmış,lakin orada şərait olmadığına görə kirayə ev tutub yaşamaq məcburiyyətində qalmışdır. Gəlin gəldiyi evin sənədləri yoxdur.Yarım tikili vəziyyətdə olmuş, sonradan abadlaşdırılmışdır.Ev 3 otaqdan ibarətdir.Onun cehiz və şəxsi əşyaları həmin evdədir. Kirayə haqqı ödəməkdə çətinlik çəkir. Cavabdeh təyin edilmiş alimenti ödəmir. Özü orta məktəbdə müəllim işləyir.Hesab edir ki, mübahisəli mənzildə onun yaşamaq hüququ var, lakin cavabdeh buna mane olur.Buna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin məlum presedentlərində birmənalı qeyd edilmişdir ki, insan hüquqlarına hörmət olunması dövlət tərəfindən təmin edilir. Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40 işlər üzrə qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi geyd etmişdir ki,bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi göstərdi ki, iddianı qəbul etmir. Belə ki, iddia əsası olmayan şəxsə qarşı verilmişdir.Həmin evin sahibi var və həmin evinin sənədləri var.Bu səbəbə görə iddiaçı həmin evə köçürülə bilməz.İddiaçı özü ifadəsində qeyd etmişdir ki,özü və uşaqları cavabdehdən tez-tez şiddət gördüyünə görə birgə yaşamaları mümkün olmamış və nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin evdən çıxmışdır.Həmim səbəbdən mübahisəli mənzildə iddiaçının yaşaması qeyrı-mümkündür. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı rayon məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmaqla və uşaqların saxlanılması üçün hər ay hər uşağa 160 manat miqdarında aliment təyin edilmişdir. İş materiallarında olan və Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan və Sumqayıt şəhəri 10 MKS tərəfindən verılmiş 28.12.2020ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında 11.08.2020-ci ilə qədər yaşamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi İatridis Yunanıstana qarşı işində göstərdi ki,1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər. Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40 işlər üzrə qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi geyd etmişdir ki,bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. “Onaryıldız Türkiyəyə qarşı”işində Avropa Məhkəmə hesab etdi ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar ücün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Eyni zamanda həmin qərarında göstərilmişdir ki,ərizəçinin tikmiş olduğu evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ Xəzinədarlığa məxsus idi. Bundan başqa, ərizəci hər hansı mülkiyyət hüququna malik olduğunu sübut edə, yaxud sözügedən torpaqla bağlı iddia tələbi irəli sürə bilməyib; eləcə də o, vicdanlı olmayan sahiblik vasitəsilə əldə edilmiş mülkiyyət hüququnu sübuta yetirmək üçün hər hansı məhkəmə prosesinə başladığını da göstərə bilməyib. Buna görə də, Məhkəmə belə hesab edir ki, ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə cıxarmaq ücün iş üzrə materiallarda hec bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətciyə cevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəci tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2011-ci ildə,yəni 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır.Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-cü maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən,əgər yaşayış sahəsinin mülkiyyətcisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə,keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.12.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evinə iddiaçının istifadə hüquqları var.Lakin İddiaçı yaşayış sahəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mənzilin sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etmişlər. Məhz bunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iki azyaşlı uşaqları ilə birlikdə sözügedən evə köçürməklə orada yaşamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-çi il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güçlü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövçudluğundan, həmcinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiacı iddianın əsasını təşkil edən halları sübut etməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları 26 yanvar 2012-ci il təvəllüdlü X2 və 27 fevral 2013-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evinə köcürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar