Məhkəmə qərarları › İş №2(028)-88/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-88/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-88/2024 15.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı nikah haqqında akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, onun xx.xx.1996-cı il tarixdə Qubadlı rayon Qaracallı icra nümayəndəliyində Bayramova (nikahadək soyadı Kazımova olmuşdur) Elnarə Novruz qızı ilə nikah haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1973-cü ildə Qubadlı rayonu Qarağac kəndində anadan olmuşdur. xx.xx.1996-cı ildə X1 ilə Qubadlı rayonu Qaracallı icra nümayəndəliyində nikaha daxil olmuşdur. Nikahdan sonra yoldaşı onun soyadına keçərək Bayramova soyadını daşıyır. Bunu hal-hazırda ona məxsus olan şəxsiyyət vəsiqəsi də sübut edir. Ona məxsus nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bunun üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1nə müraciət etmişdir. Lakin ona cavab məktubunda bildirilmişdir ki, onun nikah haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Nikah haqqında şəhadətnaməsinin olmaması ona bir sıra hüquqlarının realizə etməsi üçün ciddi çətinliklər yaradır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Maraqlı şəxs2 bildirdi ki, ərizəçinin həyat yoldaşıdır. Özü 1988-ci ildən Sumqayıt şəhərində məskunlaşıb və Ərizəçila burada tanış olublar. 1996-cı ildə nikaha daxil olublar. Evdə axtararkən sənədlər arasında nikah şəhadətnaməsini tapa bilməyiblər. Maraqlı şəxs1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və Maraqlı şəxs2 dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Qubadlı rayonu, Qarağac kəndində anadan olmuşdur. İş materiallarında olan və Maraqlı şəxs1 tərəfindən ərizəçiyə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəməyə müraciət etmək tövsiyyə olunur. Maraqlı şəxs1 tərəfindən verilmiş №3-16-5/8-5xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, Ərizəçi ilə Maraqlı şəxs2 barəsində Maraqlı şəxs1 arxivində nikah haqqında akt qeydi aşkar olunmadı. 1996-cı illərə dair Qubadlı rayon qaracallı icra nümayəndəliyi arxiv kitabları Qubadlı rayon QŞ-nin arxivində saxlanılmır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Nikahın bağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi ilə X1 xx.xx.1996-cı ildə Qubadlı rayonu Qaracallı ərazi vahidində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1996-cı il tarixdə Qubadl rayon Qaracallı kənd İcra Nümayəndəliyində Kazımova (Bayramova) Elnarə Novruz qızı ilə nikah haqqında akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar