Məhkəmə qərarları › İş №2(028)-94/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-94/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-94/2021 11.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı nikah haqqında akt qeydinə düzəliş və əlavə olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 19 saylı xx.xx.1975-ci il tarixli nikah haqqında akt qeydində kişi bəndində həyat yoldaşı X1 nikahdan əvvəlki soyadının “Yusifov”dan “Usubova”a düzəliş edilməsi, onun nikahdan sonrakı soyadına “Usubov”, doğulduğu tarixə xx.xx.1951-ci il əlavə olunması, onun nikahdan sonrakı soyadının “Yusifov”dan “Usubova”ya düzəliş edilməsi, doğulduğu tarixə xx.xx.1954-cü il əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi xx.xx.1954-cü ildə Qubadlı rayon, Göyyal kəndində anadan olmuşdur. Qubadlı rayon, Çardaxlı kəndində qeydiyyatdadır. Ərizəçi xx.xx.1975-ci ildə X4 ilə ailə qurmuşdur.Birgə nikahdan üç uşaqları var.Həyat yoldaşı xx.xx.2020-ci ildə vəfat etmişdir. Ərizəçiyə məxsus nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir.Bununla bağlı ərizəçi Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ərizəçiyə məxsus nikah haqqında akt qeydində yanlışlıq var. Belə ki, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 19 saylı xx.xx.1975-ci il tarixli nikah haqqında akt qeydində kişi bəndində nikahdan əvvəlki soyadı “Yusifov” kimi qeyd edilmiş, nikahdan sonrakı soyadı və doğulduğu tarix qeyd edilməmiş, qadın bəndində nikahdan sonrakı soyadı “Yusifova” qeyd edilmiş, doğulduğu tarix isə qeyd edilməmişdir. Buna baxmayaraq Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* şəxsiyyət vəsiqəsində soyadı Əhmədova, doğulduğu tarix xx.xx.1954-cü il kimi qeyd olunduğu müəyyən olunmuşdur.Bundan əlavə Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 86 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin soyadı “Usubov”, doğulduğu tarix xx.xx.1951-ci il kimi qeyd olunmuşdur. Bu səbəbə görə ərizəçi xx.xx.2021-ci il tarixdə Qubadlı rayon qeydiyyat şöbəsinə müraciət edərək, həyat yoldaşının nikahdan əvvəlki soyadının “Yusifov”dan “Usubova”a düzəliş, nikahdan sonrakı soyadına “Usubov”, doğulduğu tarixə xx.xx.1951-ci il əlavə, ərizəçinin nikahdan sonrakı soyadının “Yusifov”dan “Usubova”ya düzəliş, doğulduğu tarixə isə xx.xx.1954-cü il əlavə olunmasını xahiş etmişdir.Lakin ərizəçiyə təkrar olaraq nikah haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Akt qeydinə düzəliş olunması ərizəçiyə yeni nikah haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 339-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və ərizəni təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətində göstərilir ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qubadlı rayon, Göyyal kəndində doğulmuşdur. İş materiallarında olan və xx.xx.2008-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi 1954-cü il tarixdə Qubadlı rayonda doğulmuşdur. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, X4 xx.xx.1951-ci il tarixdə Qubadlı rayon, Çardaxlı kəndində doğulmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə Ərizəçi nikahı haqqında xx xxxxxxxx 1975-ci il tarixdə 19 №-li akt qeydi tərtib edilmişdir.Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. Qeyd:S.Q.Usubov Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli 86 №-li ölüm akt qeydinə əsasən vəfat etmişdir. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma ücün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 19 saylı xx.xx.1975-ci il tarixli nikah haqqında akt qeydində kişi bəndində X1 nikahdan əvvəlki soyadı “Yusifov”dan “Usubova” düzəliş edilsin, onun nikahdan sonrakı soyadı “Usubov”, doğulduğu tarixə xx.xx.1951-ci il əlavə olunsun, Ərizəçi nikahdan sonrakı soyadı “Yusifov”dan “Usubova”ya düzəliş edilsin, doğulduğu tarixə xx.xx.1954-cü il əlavə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar