Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-94/2023 06.03.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-c; il tarixdə Suriyada doğulmuş X1 və xx.xx.2018-ci il tarixdə Suriyada doğulmuş X2 doğum faktlarının müəyyən edilməsi və Maraqlı şəxs üzərinə doğum haqqında şəhadətnamələr vermək vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edərək doğum faktı müəyyən edilərkən ata bəndində X4, ana bəndində Ərizəçi qeyd olunmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o? 2015-ci ildə X11 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladları Suriyada doğulmuşdur.Uşaqlar tibb müəssisəsindən kənarda - yaşadıqları evdə anadan olmuş və onlara doğum haqqında şəhadətnamələr ala bilməmişlər. Uşaqlar tibb müəssisəsindən kənarda doğulduğuna və doğumu təsdiq edən həkim arayışı olmadığına görə Maraqlı şəxs doğumun qeydə alınmasından imtina etmişdir. Doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən ediıməsi, o cümlədən doğum faktinin müəyyən ediıməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.5.4.-cü maddəsinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Maddi vəziyyətləri ağır olması ilə əlaqədar olaraq uşaq həkim yardımı olmadan Suriyada ev şəraitində doğulmuşdur.Həkim arayışı təqdim edə bilmədiyinə görə uşaqlara doğum haqqında şəhadətnamələr verilmir.Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi ilə Suriyada yaxından tanış olmuş və dostluq etmişdir.Yeganənin Suriyada iki qız uşağı dünyayaya gəlmişdir.Böyük qızı Suriyanın Dəkkə şəhərində, ikinci qızı Mədinə isə Susa şəhərində ev şəraitində dünyaya gəlmişlər. Uşaqlar doğulan zaman həkim çağırılmamış, lakin doğuş baş verdiyindən o, doğuma köməklik göstərmişdir. Uşaqlar hal-hazırda sağ-salamatdırlar. Məhkəmədə şahid X5 bildirdi ki, ərizəçi ilə Suriyada yaxından tanış olmuş və dostluq etmişdir.Yeganənin Suriyada iki qız uşağı dünyayaya gəlmişdir.Böyük qızı Suriyanın Dəkkə şəhərində, ikinci qızı Mədinə isə Susa şəhərində ev şəraitində dünyaya gəlmişlər. Uşaqlar doğulan zaman həkim çağırılmamış, lakin doğuş baş verdiyindən o, doğuma köməklik göstərmişdir. Uşaqlar hal-hazırda sağ-salamatdırlar. Məhkəmə ərizəçini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 05/Q-02/15 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının doğumun qeydə alınması Bölməsinin 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (doğum haqqında tibbi şəhadətnamə), uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan və Azərbaycan Respublikasının Ankara şəhərində olan Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZE № AA0243658 Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin kserosurətindən görünür ki, Şahməmmədova Məryəm xx.xx.2016-cı il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan və Azərbaycan Respublikasının Ankara şəhərində olan Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZE № AA0243659 Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin kserosurətindən görünür ki, Şahməmmədova Mədinə xx.xx.2018-ci il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan və ƏQŞ Peşə-əmək Reabilitasiya mərkəzinin direktoru Həsrətova Rəhilə, ƏQŞ Peşə-əmək Reabilitasiya mərkəzinin şöbə müdiri Yusubova Venera və ƏQŞ Peşə-əmək Reabilitasiya mərkəzinin təsərrüfat və xidmət şöbə müdiri Distuyeva Sevinc tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktndan görünür ki, SXA-nin 23 noyabr 2022-ci il tarixli **********1 saylı göndərişinə əsasən, Suriya Ərəb Respublikasından gətirilmiş, ƏQŞ Peşə-əmək Reabilitasiya mərkəzində müvəqqəti yerləşdirilən Ərizəçi, X14, Şahməmmədova Mədinə və Şahməmmədova Məryəm sosial-psixoloji qiymətləndirilmiş, 21 saylı poliklinikanın həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və ünvan 3 ünvanda yaşayan xalası oğlu X3-salamat təhvil verildi. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçinin müraciəti qismən təmin edilərək uşaqların doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə Suriyada doğulmuş X1 və xx.xx.2018-ci il tarixdə Suriyada doğulmuş X2 doğum faktları müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata bəndində X4, ana bəndində Ərizəçi göstərilsin. Qalan hissədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-94/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-94/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver