Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-98/2024 04.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının qeydə alınması və doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında Ərizəçi, doğulduğu tarix xx.xx.1989-cu il, doğum yeri “Qubadlı rayon, Yuxarı Cibikli kəndi”, ata qrafasında X5, milliyəti azərbaycanlı, ana qrafasında X6, milliyəti azərbaycanlı kimi qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1989-cu ildə Qubadlı rayonu Yuxarı Cibikli kəndində anadan olmuşdur. X1, anası X6, milliyətləri azərbaycanlıdır. Hazırda Sumqayıt şəhər Bərpa xəstəxanasında məcburi kökün kimi məskunlaşmışlar. xx.xx.2022-ci ildə yaşadığı yerdə yanğın baş vermişdir. Yanğın zamanı doğum haqqında şəhadətnaməsi məhv olmuşdur. Doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. Şöbə tərəfindən ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, xx.xx.1983-cü ildə Qubadlı rayonu, Xələc kəndində anadan olub. Ərizəçi bacısı Arzunun qızıdır. Ərizəçi ondan 6 yaş balacadı. Ərizəçigil ailədə üç uşaqdırlar. O, Bərpa xəstəxanasında məskunlaşıb. Bu yaxınlarda orada yanğın baş vermişdir. Gülnarın sənədləri yanmışdır. Məhkəmə ərizəçini və şahidi dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE******** saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Qubadlı rayonu, Yuxarı Cibikli kəndində doğulmuşdur. İş materiallarında olan AZE15708766 saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X5 xx.xx.1967-ci ildə Qubadlı rayonu, Aşağı Cibikli kəndində doğulmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə Qubadlı rayonu, Yuxarı Cibikli kəndində doğulmuşdur. X1 (azərbaycanlı), anası X4r (azərbaycanlı). Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, Ərizəçi barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs arxivində saxlanılan akt qeydləri üzrə arxiv məlumatları 1989-1996-cı illər Qubadlı rayon üzrə ilkin və Cibikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilkin və bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri üzrə arxiv məlumatları 1986-1992-ci illər Maraqlı şəxs, Yuxarı Cibikli icra nümayəndəliyi üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 3-16-5/8-İ-5xx/xx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir.Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təstiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında bərpa aktı qeydində Ərizəçi doğulduğu tarix xx.xx.1989-cu il, doğum yeri Qubadlı rayon, Yuxarı Cibikli kəndi, ata qrafasında X5, milliyəti azərbaycanlı, ana qrafasında X6, milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-98/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-98/2024
04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver