Məhkəmə qərarları › İş №2(029)-1014/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1014/2020

17.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1014/2020 17.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon Notariat Kontoruna qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon Notariat Kontoruna qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonunun Aşağı Ləyər kəndində yerləşməklə JN:03xx xxx 30100018 saylı xx xxxxxxx 2001-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olmuş 5,10 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının, Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər şəxslərə özgəninkiləşdirilməsinə dair notariat müqavilələrinin və həmin torpaq sahəsinə həmin şəxslərin adlarına verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, Cavabdeh1 və həmin şəxslərin JN:03xx xxx 30100018 saylı Dövlət Aktına əsasən onlara məxsus 5,10 hektar torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin aidiyyatı üzrə onlara qaytarılmasına və Cavabdeh1oğlundan onlara vurulmuş 6936 (altı min doqquz yüz otuz altı) manat maddi zərərin alınaraq onlara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə ərizə göndərərək, iddianın baxılmamış saxlanılmasını və iddiaya əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon Notariat Kontoruna qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon Notariat Kontoruna qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, notariat müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və vurulmuş maddi zərərin əvəzinin tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar