Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1021/2021 12.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 04 aprel 1990-cı il təvəllüdlü, Qusar şəhəri Axundov küçəsi 11 saylı evdə qeydiyyatda olmaqla Qusar şəhəri Əmiraslanov küçəsi ev 35 ünvanda yaşamış oğlu X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 22 sentyabr 2013-cü ildə ölkə ərazisini tərk edərək Rusiya ərazisinə keçmiş və orada yaşamış, daha sonra isə 01.05.2014-cü il tarixdə RF-nın Krasnodar diyarının Paşkovo-1 hava limanından Krasnodar-İstanbul avia-reysi ilə RF ərazisini tərk etməklə Türkiyə Respublikasına getməklə Suriya Ərəb Respublikasının ərizisinə keçmiş və İŞİD-in nəzarəti altında olan torpaqlarda gedən döyüşlərdə iştirak etmişdir. Üstündən 8 il keçməsinə baxmayaraq geri qayıtmamışdır və X3 barəsində onlara hansısa xəbər verən olmamışdır. Oğlunun 2013-cü ildən evdən çıxıb bir daha geri qayıtmaması barədə Qusar rayon Polis Şöbəsinə məlumat vermiş və Qusar rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilmişdir. Oğlu 04 aprel 1990-cı il təvəllüdlü X3 2013-cü ildən evdən çıxıb bir daha geri qayıtmamasını şahidlər də təsdiq edə bilər. Oğlu 04 aprel 1990-cı il təvəllüdlü X3 Suriya-Ərəb Respublikasında həlak olması ərizəyə əlavə edilmiş sənədlərlə, o cümlədən Qusar RPŞnin müvafiq arayışı ilə təsdiq olunur. Ona görə də hesab edir ki, oğlu 04 aprel 1990-cı il təvəllüdlü X6 ölmüş elan edilməlidir. Oğlunun ölmüş elan edilməsi onun adına ölüm haqqında şəhadətnamənin alınması, daha sonra isə vərəsəliyin müəyyən edilməsi, həmçinin digər mülki-hüquqi əməliyyatların həyata keçirilməsi məqsədi ilə lazımdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, ərizəni müdafiə edir, oğlu 04.04.1990-cı il təvəllüdlü Şamil Qadaşov 2013-cü ildə evdən çıxıb getmiş və həmin vaxtdan ondan heç bir xəbər yoxdur. Belə ki, o, Türkiyə Respublikasına getməklə Suriya Ərəb Respublikasının İŞİD-ın nəzarəti altında olan torpaqlarda gedən döyüşlərdə iştirak etmiş və məlumata görə orada həlak olmuşdur. Bundan başqa ərizəçi şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin şöbənin rəisi A.Mövlanov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.6-ci maddələrinə əsasən ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi barədə məlumatlardan elektron çıxarışdan görünür ki,X7 04.04.1990-cı ildə ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan XV-ЖГ N 263745 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 aprel 1990-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X1r. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2020-ci il tarixli 2005 saylı arayışdan görünür ki, 04.04.1990-cı il təvəllüdlü, Qusar şəhəri T.Əmiraslanov küçəsi ev 35-də yaşamış X7 22.09.2013-cü il tarixdə RF-na getmək üçün evdən getmiş, həmin vaxtdan onun harada olması barədə məlumat yoxdur. İşdə olan 27 sentyabr 2021-ci il tarixdə Ərizəçi, X5, X9 və X4 tərəfindən Qusar şəhərində tərtib olunmuş aktdan görünür ki, Qusar şəhəri T.Əmiraslanov küçəsi ev 35-də yaşayan X7 təxminən 2013-cü ilin avqust ayında işləmək üçün Rusiya Federasiyasına getmiş və həmin vaxtdan sonra bir daha yaşadığı mənzilə qayıdıb gəlməmişdir. Əvvəllər onun Rusiya, Suriya və Ukraynada olması barədə məlumatlar eşitsələr də son bir neçə ildə heç bir məlumat yoxdur. İşdə olan Qusar rayon Prokurorluğu tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış 22 oktyabr 2021-ci il tarixli 596xid-21 saylı məktubdan görünür ki, 04 aprel 1990-cı ildə Qusar şəhərində anadan olmuş, Qusar şəhəri Axundov küçəsi 11 saylı evdə qeydiyyatda olan X2 barəsində Qusar rayon Prokurorluğunda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20.10.2021-ci il tarixli tələbnamədən görünür ki, X7 RF DİN Xantı-Mansiysk muxtar dairə Yurqa üzrə Dİİ tərəfindən 29.03.2015-ci il tarixdə dövlətlərarası axtarışa verilmişdir. Onun məhkumluğu barədə məlumat isə yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış 29 oktyabr 2021-ci il tarixli 17/6-19231 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda 04.04.1990-cı il təvəllüdlü X6 haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 149-25395-1221 saylı arayışdan görünür ki, Qusar şəhəri Əmiraslanov küçəsi ev 35-də qeydiyyatla yaşamış 04.04.1990-cı il təvəllüdlü X7 25.09.2014-cü il tarixdən Azərbaycan Respublikası CM-nin 217.2-ci maddəsi ilə 24770 saylı axtarış işi üzrə axtarışa elan edilmişdir. Əldə olunmuş rəsmi məlumatlardan məlum olur ki, X6 22.09.2013-cü ildə ölkə ərazisini tərk edərək Rusiya ərazisinə keçmiş və orada yaşamış, daha sonra isə 01.05.2014-cü il tarixdə RF-nın Krasnodan diyarının Paşkovo-1 hava limanından Krasnodar-İstanbul avia-reysi ilə RF ərazisini tərk etməklə Türkiyə Respublikasına getməklə Suriya Ərəb Respublikasının ərazisinə keçmiş və “İŞİD”in nəzarəti altında olan torpaqlarda gedən döyüşlərdə iştirak etmişdir. Davamlı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun olduğu yeri müəyyənləşdirmək və barəsində əlavə məlumatlar toplamaq mümkün olmamışdır. Əldə olunmuş son məlumatlara əsasən o, 2016-cı ildə döyüşlərdə itkin düşmüş və ya məhv edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu 04 aprel 1990-cı il təvəllüdlü X7 22.09.2013-cü ildə ölkə ərazisini tərk edərək, Rusiya Federasiyasına getmiş, 01.05.2014-cü ildə Rusiya Federasiyasının Krasnodar diyarının Paşkovo-1 hava limanından Krasnodar-İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuşdur. Şamil Qadaşovun sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamış, həmin şəxs ölüm təhlükəsi yaradan döyüş əməliyyatları zamanı xəbərsiz itkin düşmüşdür. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni oğlu Şamil Qadaşovun 2014-cü ildə Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi, 2014-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 04 aprel 1990-cı il təvəllüdlü, Qusar şəhəri Axundov küçəsi ev 11 ünvanda qeydiyyatda olmaqla Qusar şəhəri Əmiraslanov küçəsi ev 35 ünvanda yaşamış X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 04 aprel 1990-cı il təvəllüdlü, Qusar şəhəri Axundov küçəsi ev 11 ünvanda qeydiyyatda olmaqla Qusar şəhəri Əmiraslanov küçəsi ev 35 ünvanda yaşamış X7 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-1021/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1021/2021
12.11.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver