Məhkəmə qərarları › İş №2(029)-1025/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1025/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1025/2022 06.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Suriya Respublikasında ev şəraitində 04 iyul 2017-ci il tarixdə X4 adlı oğlan uşağı doğmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2ır. O, 06 oktyabr 2006-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş, nikahları həmin tarixdə Qusar rayon VVADQ şöbəsində 120 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan onların Qusar şəhərində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Onun həyat yoldaşı X5 radikal dini təriqətli şəxs olduğundan 2013-cü ildə Suriya Respublikasında gedən hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getmək qərarına gəlmiş və bundan sonra Rəşid Talıbov, o və azyaşlı uşaqları birlikdə Suriyaya getmişlər. Suriyada olarkən xx.xx.2017-ci il tarixdə Rəşid Talıbovla onun bir oğlan uşağı da anadan olmuş, adını Zeyd qoymuşlar. Lakin, həmin vaxt Suriyada olan hərbi əməliyyatlar səbəbindən həmin uşağa doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkün olmuşdur. Onun həyat yoldaşı X6 gedən döyüşlərdə həlak olmuş və o, üç azyaşlı uşağı ilə tək qaldığından Suriyadan Türkiyə Respublikasına getmişdir. Orada onun və uşaqların heç bir sənədi olmadığından xeyli müddət Türkiyədən Azərbaycana qayıda bilməmişdir. Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan konsulluğundan ona və azyaşlı uşaqlarına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri verilmiş və həmin sənədlər əsasında o, üç azyaşlı uşağı ilə birlikdə Qusar şəhərinə qayıtmışdır. O, hazırda Zeyd adlı uşağa şəxsiyyət vəsiqəsi əldə etmək istəyir, lakin onun doğumu haqqında şəhadətnamə olmadığından bunu edə bilmir. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, doğumun qeydə alınması üçün doğum faktını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Zeyd adlı oğlu Suriyada müharibə şəraitində evdə doğulduğundan belə bir sənədlər mövcud olmamış və bu səbəbdən də, həmin sənədləri təqdim edə bilməmişdir. Ona görə də Maraqlı şəxs doğumun qeyd edilməsini qeyri-mümkün hesab etməklə məhkəməyə müraciət edilməsini tövsiyyə etmiş, bu barədə xx.xx.2022-ci il tarixli 05-Q-214/15 saylı məktub vermişdir. Hal-hazırda Zeyd adlı oğlu onunla birlikdə yaşayır, tam sağlamdır. Bundan başqa, onun Suriyada Zeyd adlı uşaq dünyaya gətirməyini onun yaxın qohumları və tanışları da təsdiq edirlər. Həmçinin, Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan konsulluğu tərəfindən də Zeyd adlı uşağın onun uşağı olması təsdiq olunaraq bu barədə həmin uşağa müvafiq vətənə qayıdış şəhadətnaməsi verilmişdir. Hesab edir ki, onun xx.xx.2017-ci il tarixdə Zeyd adlı oğlan uşağı dünyaya gətirməyi müvafiq tibbi sənədlərlə təsdiq olunmasa da, ərizəsinə əlavə etdiyi sübutlarla təsdiq olunur və ona görə də məhkəmə qaydasında onun Suriya Respublikasında ev şəraitində 04 iyul 2017-ci il tarixdə X4 adlı oğlan uşağı doğmağı faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Bundan başqa göstərmişdir ki, o, şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmiş şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İ 273168 saylı nikah haqqında şəhadətnamənin surətindn görünür ki, X5 ilə X1 nikahları 03 oktyabr 2006-cı il tarixdə Qusar rayn VVADQ şöbəsində 120 saylı akt qeydi ilə qeyd edilmişdir. Bundan sonar ərizəçi “Talıbova” soyadını qəbul etmişdir. İşdə olan AA0243559 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikasında doğulmuş, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan AA0243561 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikasında doğulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan AA0243560 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikasında doğulmuş, xx.xx.2012-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan AA0243562 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Suriya Ərəb Respublikasında doğulmuş, xx.xx.2017-ci il təvəllüdlü Talıbov Zeyd xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 14 oktyabr 2022-ci il tarixli 513 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2017-ci ildə anadan olan oğlan uşağı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları xx.xx.2022-ci il tarixədək yoxlanılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05-Q- 214/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 415 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydasının 2.5.3. və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd, uşaq tibb müəssəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş və ya doğuşdan sonar valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Yuxarıda göstərilən sənədlər təqdim edilmədikdə qaydanın 2.6 bəndinə əsasən uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi yuxarıda göstərilən sənədlərin heç birini qeydiyyat şöbəsinə təqdim etmədiyinə görə uşağın doğumunun qeydə alınması qeyri-mümkündür. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X5 və azyaşlı uşaqları birlikdə Suriyaya getmişlər. Suriyada olarkən xx.xx.2017-ci il tarixdə Rəşid Talıbovla ərizəçinin bir oğlan uşağı anadan olmuş, adını Zeyd qoymuşlar. Lakin, həmin vaxt Suriyada olan hərbi əməliyyatlar səbəbindən həmin uşağa doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkün olmuşdur. Ərizəçi azyaşlı uşaqları ilə, o cümlədən Zeyd adlı uşaqla birlikdə Türkiyə Respublikasına getmiş, oradan isə Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan konsulluğunun verdiyi vətənə qayıdış şəhadətnamələri əsasında Azərbaycan Respublikasına qayıtmışdır. Zeyd adlı uşaq da Ərizəçi övladı kimi müvafiq şəhadətnamə əsasında Azərbaycan Respublikasına qayıtmışdır. Bununla da, Zeyd adlı uşağın həqiqətən də Ərizəçi övladı olmasını təsdiq edir. Odur ki, məhkəmə Ərizəçi dəlilləri ilə razılaşaraq hesab edir ki, onun 04 iyul 2017-ci il tarixdə Suriya Respublikasında ev şəraitində X4 adlı uşağı doğması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Suriya Respublikasında 04 iyul 2017-ci il tarixdə ev şəraitində X4 adlı oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar