Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1037/2025 15.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumu pulun, cəmi 4060 manat pulun alınaraq ona, yəni İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, vəkil xidmətinə görə ödədiyi 350 manat və 04 manat dövlət rüsumu pulun da alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2025-ci ilin aprel ayının əvvəllərində o tik-tok sosial şəbəkəsində təsadüfən Cavabdeh1 ilə tanış olmuş, o, özünün Qusar rayon sakini olduğunu və şəxsi biznes yaratmaq istədiyini bildirməklə ondan xahiş etmişdir ki, Qusar şəhərində şüşə sexinin fəaliyyətə başlanması üçün bir ay müddətində qaytarmaq şərti ilə ona 4000 (dörd min) manat məbləğində pul borc versin. Cavabdeh onu inandırmışdır ki, o, əvvəllər hansısa şüşə sexində işləmiş, gəlirli sahədir və özünün sexi fəaliyyətə başlayarsa bir ay ərzində yaxşı gəlir əldə edib sonuncunun ona verəcəyi 4000 manat borc pulu qaytaracaqdır. Cavabdehin səmimiyyətinə inanıb ona köməklik etmək məqsədilə o 24 aprel 2025-ci il tarixdə bankdan kredit götürərək cavabdehin ona göndərdiyi bank kartına 2 dəfəyə 4000 (dörd min) manat pul köçürmüşdür. Cavabdeh1 ona bildirmişdir ki, onun hər hansı bank kartı yoxdur, ona görə də, onunla videogörüntülü danışmaqla özünün dayısı oğlu olduğunu deyən Cavabdeh2 ona təqdim edərək onun adına olan bank kartına pul göndərməyini xahiş etmişdir. O də, Cavabdeh2 adına olan bank kartına 4000 manat pul köçürmüşdür. Cavabdeh1la razılaşdıqları müddət başa çatsa da, ona borc olaraq verdiyi 4000 manat pulu qaytarmamış, dəfələrlə Cavabdeh1 pulunun geri qaytarılmasını tələb etsə də, o, hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan yayınmışdır. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh1, İddiaçı 4.000 manat pul aldığını etiraf etmiş, iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh1, İddiaçı 4.000 manat pul aldığını etiraf etmiş, iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 882.1.Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, Cavabdeh1 4000 manat pul vermişdir. Həmin halı, məhkəmə iclasında Cavabdeh1 da etiraf etmiş və məhkəmə iclasında dindirilmiş cavabdehlərin izahatları ilə müəyyən olunmuşdur. İddia tələbində qeyd edilmiş Cavabdeh2 hazırkı işdə cavabdehliyi müəyyən olunmur, iddia tələbində qeyd edilmiş pul məbləğini Cavabdeh1 əldə etmiş, pul məbləği yalnız Cavabdeh2 kartına köçürülmüş, sonuncuda həmin pulu Cavabdeh1 vermişdir.Məhkəmə hesab edir ki, hazırkı işdə Cavabdeh2 cavabdehliyi müəyyən olunmadığından iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. İddia tələbi, iddiaçının xeyrinə qəbul olunduğu üçün iddiaçı tərəfindən məhkəmə də işə baxılması üçün ödənilmiş dövlət rüsümu və vəkilə ödənilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4000 manat, 64 manat dövlət rüsumu, vəkil xidmətinə görə 350 manat, cəmi 4414(dörd min, dörd yüz on dörd) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 4000 manat, 64 manat dövlət rüsumu, vəkil xidmətinə görə 350 manat, cəmi 4414(dörd min, dörd yüz on dörd) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV