Məhkəmə qərarları › İş №2(029)-1038/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1038/2025

13.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1038/2025 13.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, onun uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 onun mərhum qardaşı X3 arvadı olmuşdur. Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(029)-1095/2017 saylı qətnaməsinə əsasən həmin evdən Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 istifadə hüquqları tanınmaqla onların həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. 01 aprel 2020-ci il tarixdə Cavabdeh1 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1/7 hissəsini notarial qaydada 15000 (on beş min) manata ona satmışdır. Bu barədə olan alqı-satqı müqaviləsi 01 aprel 2020-ci il tarixdə Qusar rayon Notariat ofisində təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş 15000 (on beş min) manat pulu o, X4 bank vasitəsi ilə ödəmişdir. X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi barəsində ona qarşı heç bir tələbi qalmadığını və gələcəkdə də heç bir iddiası olmayacağını bildirmişdir. Buna görə də X1 Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(029)-1095/2017 saylı qətnaməsinə əsasən həmin evdən ona və yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 verilmiş istifadə hüquqlarından imtina etmiş, uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən çıxacağını, habelə özünə məxsus bütün əşyalarını həmin evdən çıxaracağını, 3(üç) gün müddətində yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxacağı barədə notarial qaydada təsdiq olunmuş ərizə yazmışdır. Lakin, 2020-ci ilin iyul ayında və ondan sonra hal-hazıra kimi cavabdeh X5 uşaqları ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdır. Ona görə də, cavabdeh X2, onun uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 ona məxsus evə istifadə hüquqlarının heç bir əsası olmadığından onların həmin evə pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüququnun əsassız pozulmasına səbəb olur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizələr göndərərək iddianı qəbul etdiklərini göstərmişlər və işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 8İ- 2175 reyestr nömrəli ərizəsindən görünür ki, o, 01 aprel 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1/7 hissəsini notarial qaydada 15000 (on beş min) manata İddiaçı satmış, alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş 15000 (on beş min) manat pulu İddiaçı bank vasitəsi ilə almışdır. Bununla əlaqədar onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi barəsində İddiaçı qarşı heç bir tələbi qalmamışdır və gələcəkdə də heç bir iddiası olmayacaqdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/7 hissəsinin İddiaçı satdığı üçün o, Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(029)- 1095/2017 saylı qətnaməsinə əsasən həmin evdən ona və yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 verilmiş istifadə hüquqlarından imtina edir. 01 aprel 2020-ci il tarixdə o, yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən çıxacaq, habelə özünə məxsus bütün əşyalarını bu gün, yəni 01 aprel 2020-ci il tarixdə həmin evdən çıxaracaq. Bundan əlavə 3 (üç) gün müddətində o, yetkinlik yaşına çatmayan uşaqları, xx xxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxacaqdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh X10 şəhəri S.Stalski küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin özünə aid hissəsini İddiaçı satmış, eyni zamanda həmin vaxt yetkinlik yaşına çatmayan şəxslər olmuş Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə həmin evıə istifadə hüquqlarından imtina etmiş və həmin ünvandan qeydiyyatdam çıxacağını bildirmişdir. Həmin vaxtdan etibarən həmin şəxs, o cümlədən onun uşaqları həmin evdə yaşamırlar, özlərinin başqa daimi yaşayış yerləri vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi təşkil edir (Mülki Məcəllənin 157-ci maddəsi) və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehlərin isə həmin evdə pasport qeydiyyatında olmaları işin mübahisəsiz faktiki hallarıdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair özünün mülkiyyət payını 2020-ci ildə iddiaçıya satmaqla həmin şəxsin həmin evə mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququn tərkib elementlərindən biri olan istifadə hüququnu itirmişdir. Eyni zamanda, həmin şəxslər iddiaçı arasında hər hansı ailə münasibətləri mövcud deyil və buna görə də həmin şəxsin həmin evdən ailə hüquq münasibətlərinə əsaslanan istifadə etmək səlahiyyəti də yoxdur. Bundan başqa, həmin şəxsin artıq 2020-ci ildən indiyədək həmin evdə yaşamaması və özü üçün başqa yaşayış yeri seçərək orada yaşaması və bununla da, iddiaçıya məxsus evdə yaşamağa hər hansı ehtiyacının olmaması məhkəmə tərəfindən müəyyən olunmuş, həmin hallar işdə olan sənədlərlə sübuta yetirilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə Cavabdeh1 istifadə hüququnun mövcud olmasının əsasları tam aradan qalxdığından onun həmin hüququnun, o cümlədən evə pasport qeydiyyatının saxlanması iddiaçının mülkiyyət hüququnun əsassız pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş hissəsi ilə bağlı isə qeyd edir ki, həmin şəxslər cavabdeh Seda Yahyeyavnın övladları olmaqla mübahisəli evə istifadə hüquqlarının Cavabdeh1 mülkiyyət və istifadə hüquqları ilə bağlılığı olmuş, Cavabdeh1 evi tərk edərkən və evə dair hüquqlarından imtina edərkən həmin şəxslər yetkinlik yaşına çatmayan şəxslər olmuşlar və bununla da, həmin şəxslər də həmin vaxtdan etibarən evə istifadə hüquqularını itirmişlər. Hazırda həmin şəxslərlə də iddiaçı arasında hər hansı ailə münasibətləri yoxdur və onların həmin evə ailə hüquq münasibətlərindən irəli gələn istifadə hüququnun mövcud olmasının əsasları da tam aradan qalxdığından həmin şəxslərin də iddiaçıya məxsus evdən istifadə etmək səlahiyyəti yoxdur. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları tamamilə uzlaşır və bu səbəbdən də, iddiaçının ünvan 1 ünvanda yerləşən evə mülkiyyət hüququ müdafiə olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar