Məhkəmə qərarları › İş №2(029)-106/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-106/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-106/2023 03.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şıxrəhim oğlundan 100.000 (yüz min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,Cavabdeh Şıxrəhim oğlu ilə yeni Azərbaycan Partiyasının tədbirlərinin birində tanış olmuşdur. Cavabdeh Qusar rayon İcra Hakimiyyətinin aparatında məsul vəzifədə işləyir. Cavabdehlə söhbət zamanı həmin şəxs ondan kənd təsərrüfatı məhsullarının əkilib yetişdirilməsi üçün pul istəmişdir. Cavabdehla qarşılıqlı razılaşmaya əsasən 2018-ci ilin mart ayında o, cavabdehə 100.000 (yüz min) manat borca pul vermişdir. Tərəflər arasında qarşılıqlı razılığa görə Cavabdeh verilən 100.000 (yüz min) manatın 15000 (on beş min) manatını 2019-cu ilin mart ayında, qalan 85.000 (səksən beş min) manatını 2019-cu ilin 1 noyabr tarixinədək ona qaytarmalı idi. Bütün öhdəlikləri bitirdikdən sonra cavabdeh ona alınan borc məbləğinin 20%-ni (on min manatı) əlavə olaraq qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Yuxarıda qeyd edilənləri cavabdeh Akt 2 adlanan sənəddə öz dəst-xətti ilə yazmış və hər ikisi (iddiaçı və cavabdeh) həmin aktı imzaları ilə təsdiq etmişlər. Lakin, cavabdeh aldığı 100.000 (yüz min) manatı qaytarmaqdan imtina edir. Dəfələrlə o, Z.Əsgərova borcun qaytarılması üçün müraciət etmişdir. Cavabdeh ilk əvvəl bankdan kredit götürüb pulu qaytaracağına söz versə də, sonradan onu get-gələ salmışdır. O, Qusar rayon İcra Hakimiyyətində tutduğu vəzifədən istifadə edərək ona hədə-qorxu gəlmiş, əsassız bəhanələr gətirərək aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmisdir ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, ondan 100.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, guya onunla söhbət zamanı o, iddiaçıdan kənd təsərrüfatı məhsullarının əkilib yetişdirilməsi üçün pul istəmiş və iddiaçı qarşılıqlı razılaşmaya əsasən 2018-ci ilin mart ayında ona 100.000 manat borca pul vermişdir. Aralarında olan qarşılıqlı razılaşmaya əsasən o, verilən 100.000 manatın 15.000 manatını 2019-cu ilin mart ayında, qalan 85.000 manatını 2019-cu ilin 1 noyabr tarixinədək qaytarmalıdır. Bütün öhdəlikləri bitirdikdən sonra o, iddiaçıya alınan borc məbləğinin 20%-ni əlavə olaraq qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Göstərilənləri Akt 2 adlanan sənəddə öz dəsti-xətti ilə yazılmış və hər ikisi həmin aktı imzaları ilə təsdiq etmişlər. İddiaçının ona borc verməsi iddiaçının öz mülahizəsidir və bu hal hər hansı bir sübutla təsdiq olunmur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Akt 2 adlı sənəd hansısa bir sənədin kserosurətidir və həmin sənədin mövcudluğu onda şübhə doğurur. Belə ki, onun tərəfindən iddiaçıdan borc alınması, yaxud ona borclu olmağı barədə hər hansı bir sənədə imza atmağı mövcud deyildir. Bu səbəbdən iddiaçının təqdim etdiyi Akt 2 adlı sənədin kserosurətində göstərilənlər onun tərəfindən yazılması və orada onun tərəfindən imza edilməsi tamamilə yalandır. Maraqlı hal ondan ibarətdir ki, həmin kserosurətdə bütün məlumatlar göstərilsə də nədənsə aktın yazıldığı tarix göstərilməmişdir. Ayrıca həmin sənədin iddia ərizəsinə əsli deyil, kserosurəti təqdim olunması daha şübhəli görünür. Çünki sənədin əslinə edilmiş müdaxilələr, o cümlədən sənədin əslinin olmaması onun kserosurət formasında pərdələnməsinə gətirib çıxardır ki, iddiaçı burada öz tələbini qanuniləşdirmək, yaxud sübut hazırlamaq üçün kserosurətdən istifadə etmişdir. Belə olan halda həmin kserosurətin iddia tələbinin əsası kimi sübut sayılması mümkünsüzdür. Belə ki, həmin kserosurət MPM-in 89.3-cü maddəsinin tələbi baxımından sübut sayıla bilməz. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə iddiaçının tələbinin əsası kimi yalnız iddiaçı tərəfin təqdim edilən sənədlərlə (sübutlarla) kifayətlənməli və onları araşdırmalıdır. Lakin, iddiaçı tərəfindən tələbin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin əsassız olması barədə hüquqi nəticəyə gəlməsi zəruridir. Bu səbəbdən də, İddiaçı oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, o, ali təhsillidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, o, Qubadlı Rayon İcra Hakimiyyətində işləyir.Cavabdehlə YAP-ın gənclər birliyinin sədri kimi tədbirdə tanış olmuş, aralarında münasibət yaranmış, ailəvi gedişgəlişləri olmuşdur. O vaxt Zeynal Qusar RİH-də baş məsləhətçi işləyirdi. Zeynal iş görmək istədiyini “hər iş görmüşəm, sığortasına kimi danışmışam” demiş, o da, cavabdehə izah etmişdir ki, “sən yalınarsan, səni aldadarlar, məhsul bitməz” demiş, Zeynal isə ona “mən danışmışam, risk sıfırdı” demişdir, o da, Zeynala “mən pul sənə verirəm və pulu səndən alacağam, sənin işinə müdaxilə etməyəcəm” demişdir.O, yüz min manatı 2017-ci ilin yayından hissə-hissə olaraq cavabdehə vermişdir. İlk dəfə doqquz min manat pulu cavabdehin öz evində vermiş, sonuncu pulu isə cavabdehə 2018-ci ilin sentyabr ayında vermiş, həmin ay ərzində cavabdehə beş min manat pul vermişdir. Arada cavabdehə 15- 20-25 min manat pul vermişdir. Cavabdeh pul alıb ona verdiyi vədd belə olmuşdur ki, kartof, sarımsaq, noxud əkəcək, iş görəcək. O,cavabdehə əvvəldən demişdir ki, o,cavabdehin işinə qarışmayacaq, onu tanıyır, ailəvi gediş gəlişləri var, “get maşın al sat, ev tik sat, restoran işlət özün bilərsən aldığın pulu, camaatın evi banka qoyub pul götürmüşəm” demişdir.Ona etibar etdikləri üçün o, yaxınların evlərini banka qoyub cavabdehə pul vermişdir, cavabdeh onun etibarını zədələyib. O, cavabdehə həmin pulun verilməsi üçün xalasının evini 2017-ci ildə girov qoyub bankdan pul götürüb vermişdir, evin dəyəri 85 min manat dəyərləndirilmiş, ancaq bankdan 50 min manat pul götürə bilmişdir. Bundan əlavə tanışı Əjdər müəllimin evini də, girov qoyub 40 min manat götürmüş, 10-15 min manat da tanışlardan borc alıb cavabdehə yüz mindən çox pul vermişdir. Cavabdeh ondan pulu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışdır. Zeynalın sahibkarlıq fəaliyyəti ilə məşğul olması hüququn olub olmadığını bilməmişdir, dövlət qulluqçusu olduğu halda yəqin ki, yoxdur. Zeynal işini kiminsə adı ilə həl edəcəyini demişdir. Zeynal ona sahələri göstərmiş, sonradan məlum olmuşdur ki, görüntü xatirinə qurulmuş işlər imiş. Zeynal nə qədər pul olsa o qədər çox əkib bəcərəcəyini demişdir. Aralarında yazılı notarial qaydada təsdiq edilmiş müqavilə olmamışdır. 2017-ci ildən 2018-ci ilə kimi, onların aralarında hər hansı sahibkarlıq fəaliyyətlə məşğul olması barədə razılaşma və ya müqavilə olmamışdır. O, heç bir kağıza qol çəkdirmədən pulu inanıb, etibar edib vermişdir. 2019-cu ilin noyabr ayında cavabdeh öz evində atası, anası, bacısı, arvadı və şahidlərin yanında öz xətti ilə yazmışdır ki, 2019-cu ilin noyabr ayının birində ondan götürdüyü 100000 (yüz min) manat pulun 85000 (səksən beş min) manatını noyabr ayının birində, 15000 (on beş min) manatını isə martın birində qaytaracaqdır. Artıq həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamışdır. Cavabdehlə aralarında olan telefon səs yazmaları, vatsap yazışmaları məhkəməyə təqdim etmişdir. Həmin səs yazışmalarında və cavabdehin özünün yazdığı aktda cavabdeh pulu ona qaytaracağını demişdir. Sarımsaq 2017-ci ilin payızında əkiləcəydi, cavabdehin dediyinə görə kartof bazara 2018-ci ilin yayında, yazında çıxarılacaqdı.Noxud 2018-ci ilin yazında əkilib, payızında yığacaqdı. Artıq məhsul bazara çıxarılan vaxtda cavabdehin iç üzü açıldı, etibarından sui istifadə etdiyi bilindi. Cavabdeh noxudun çıxmadığını, sarımsağın qiyməti aşağı düşdüyünü demişdir. O, Qusarda olanda 14 kamazkartofun dağdan düşürtdüyünü görmüşdür. Sonra cavabdeh ona kartofun xarab olduğunu demişdir. Axırıncı dəfə ona kartofu çıxartmağa pul qalmadığını demiş, o, da Zeynala beş min manat pul göndərmişdir. Kartof çıxardılan vaxt cavabdeh onaaqranomu təqdim edərək“atama inanma buna inan” demiş, həmin vaxt aqronom orada 8 hektar əkildiyini demiş, Zeynal isə 8 yox 10 hektar əkdiyini demişdir, o da, həmin vaxt Zeynala “sən düz deyirsən yoxsa agranom” deyəndə Zeynalona “agramom yalan deyir” demiş, halbuki əvvəl Zeynal ona“dədəmə inanma agranoma inan” demişdir. Zeynal ondan 10 hektar sahədə 33 ton toxum əkmək üçün pul almış, toxumu dağa aparanda həmin toxumu iki dəfəyə aparmışdır, ancaq məhsul yetişəndə dağdan həmin kamazla kartof gətirəndə Zeynal ona kamazda 8 ton kartof olduğunu demişdir. Zeynal dağda özündə 1600 manat pul olduğu halda ona fəhlələrə verməyə pul olmadığını demişdir. Zeynaldan mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə və baş prokurorluğa şikayətlər etmiş,onları həmin idarələrə çağırmışlar, izahatları almışlar,o həmin təşkilatlardan çox narazıdır, cinayət işin başlanıb başlanmadığını bilmir, məlumatı yoxdur.Cavabdeh onun etibarından sui-istifadə etmiş, görüntüxatirinə “iş görürəm” deyib həqiqətdə isə onu aldatmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia tam əsassızdır, heç bir əsaslı və kifayət qədər sübutlar yoxdur.Cavabdeh Qusar RİH-də işləyir, 2017-2019-cu illərdə də Qusar RİH-də işləyib. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdr. Zeynal 2017-2019cu illər ərzində iddiaçıdan pul almayıb. İddiaçı ilə cavabdeh təsadüfən tədbirdə tanış olublar, münasibətləri yaxşı olub.İddaçı Zeynalın harada işlədiyini bilirdi. Bu iş üzrə iddiaçının şikayəti əsasında hüquq mühafizə orqanlarında araşdırma aparılıb, cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul olunub. İddiaçı ilə cavabdehin arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı yazılı razılaşma olmamışdır. Cavabdeh iddiaçıdan hansısa işin görülməsi üçün pul alması barədə yazılı razılaşma olmamışdır. İddiaçının iddia ərizəsində yazdıqları həqiqətə uyğun deyil. İddiaçının iddia ərizəsinə əlavə edilmiş aktın əsli yoxdur, şəkil formasında təqdim olunub, halbuki, məhkəməyə təqdim olunmuş sənəd ya əsli olmalıdır, ya da notarial qaydada təsdiq olunmalıdır. İddiaçının cavabdehə pul verilməsi sübuta yetirilmir, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Aqil onun yaxın tanışıdır, Aqilin, eləcədə onun Aqilin qardaşı Turalın repititoru olmuşdur. Onlar məcburi köçkün olmuşlar. Aqilin ailəsi imkansız ailə olmuş, o, pulsuz həmin uşaqları ali məktəbəhazırlamışdır. Aqilin qardaşı yüksək balla universitetə daxil olmuş, sonradan gəlib ona öz təşəkkürünü bildirmişdir. Bundan sonra aralarında yaxın münasibət yaranmış, arada görüşüb söhbətləşmişlər. 2017-ci ilin noyabr ayında Aqil ilə görüşəndə sonuncu ona Qusar RİH-də işləyən Zeynal adlı dostu olduğunu, həmin şəxsin ona iş təklif etdiyini, Qusarda torpaq sahəsini icarəyə götürə biləcəyini, 5 hektar kartof, 3 hektar sarımsaq və 2 hektar noxud əkmək istədiyini və həmin işlərin görülməsi üçün pul vəsaitinin lazım olduğunu bildirmişdir. Həmin vaxtlar Bakı şəhərində olan qardaşı özünə məxsus evi satıb, pulu Sumqayıt şəhərindən ev almaq üçün ona vermiş, o da Sumqayıt şəhəri 10-cu mikrorayonda iki otaqlı ev alıb təmir etmişdir. Aqil evin orada durduğunu,hələkievə köçmədiyini, onsuzda bir ilə evə köçməyəcəyini, bir ildən sonra daha təzəsini alacağını və üstündə bir az pul da qazanacağını demişdir. O, Aqilə inanmış, sonuncunun təklifi ona şirnikləndiricigəlmiş, ona görə də Aqillə razılaşmışdır. Evi alqısatqı müqaviləsi əsasında satmışdır. O, evi 2017-ci ilin yanvar ayında hərbiçi şəxsə 62 min manata satmışdır.Evi satan kimidə pulun hamısını bir dəfəyə Aqilə vermişdir. Həmin pulu Zeynala verəndə o, görməmişdir. Aqil ona pulun hamısını Zeynala göndərəcəyini demişdir. Aqil ondan əlavə başqa şəxslərdən də pul alıb. Ondan başqa Aqil xalasından pul almış, onun da evini ya girov qoymuşdu ya da satmışdı. Xalası Aqilə nə qədər verdiyini o, Aqildən soruşmamışdır, bilmir. Aqil pulu Zeynala hissə-hissə göndərib, bir dəfə toxum almağa, bir dəfə fəhlələrə verməyə, dərman vurmağa bir dəfə göndərmişdi.O, cavabdehlə Aqilin necə danışdığını bilməmişdir. Bir dəfə Aqil ona zəng edib Zeynalın gəldiyini demiş, onlar birlikdə görüşüb çay içmişlər, dəniz kənarında gəzmişlər, həmin vaxt danışıqlar getmiş, məhsul isə hələ əkilməmişdir. Fevral-martda kartofun toxumu alınır, martda əkilir, payızda da çıxardılır, onlar Cəbrayılda mart ayında əkərdilər, Qusarda nə vaxt əkilirsə dəqiq bilmir. Aqildən tez-tez xəbər alıb, “məni də apar, mən də baxım” demişdir, lakin vaxt olmurdu. Torpağın iki illiyə icarə götürüldüyünü bilirdi.Məhsul götürən vaxt Aqil ona yaxşı məhsul götürmədiyini demiş, bir dəfə məhsulu yığmağa getdiyini, məhsulu satıb bir az pul verəcəyini demişdir. Lakin, sonradan məlum olmuşdur ki, məhsul olmamış, heç bir iş alınmamış, niyə alınmadığını bilmir. Pulun aqibəti necə olacağını Aqildən soruşmuş, Aqil ona pulu alıb verəcəyini demişdir. Ona gördüyü iş heç bir mənfəət verməmiş, Aqillə aralarında mənfəətlə bağlı razılaşma olmamışdır. O, özü də kənddə böyümüş, beş hektar torpaq sahəsidən gəlir əldə edəcəyini bilirdi, onlarda birin yeddiyə nisbətdə kartof yetişirdi. Aqil ilə razılaşmamız o cür olmuşdu ki, məhsul yığılandan sonra o, istədiyi evi almaq istəyəndə Aqil ona həmin evin pulunu verəcəydi. O, Aqilə inanıb pulu vermişdir, indi də etibar edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Aqili və Zeynalı tanıyır, onlara qarşı heç bir ədavəti və düşmənçiliyi yoxdur. Bu söhbəti o, Aqilin anasından, sonuncu onlara gələndə eşitmişdir. Onlar üç nəfər yəni o, Aqil və Zeynal dost olmuşlar. O və Aqilin iki xalası Zeynalın evinə gəlmişlər, onları yaxşı qarşılamışlar. Onlar gələndə Zeynal evdə olmamış, sonradan gəlmişdir. Aqil, Zeynala pulu bir dost kimi verib, Zeynal da həmin pula iş quracaqdı. Zeynal işlə özü məşğul olacağını demişdir. Onlar orada olanda Zeynalın atası demişdir ki, “o, pulu verə biməyəcək”. Zeynal onları bir idarəyə gətirmiş, orada 80-100 ton kartof olmuş, kartof xırda ölçülü olmuş, Zeynal onları iri kartofları seçib başqa yerdə yığdığını demişdir. Həmin vaxt o, Zeynala “bunları sat pulu ver” demiş, Zeynal pulu verəcəyini bildirmişdir. Bundan sonra onlar evə getmiş, evdə də Zeynal “narahat olma pulu verəcəyəm” demişdir. O, da Zeynala öz aralarında bir şey yazaq demiş, Zeynal da oturub özü yazmışdır ki, 3 ay ya da 4 ay ərzində guya kartofu satıb verəcək. Zeynal yüz min manat borcu olması barədə sənədə imza etmiş, həmin pulun otuz minini çərşənbə bayramına kimi verəcəyini, qalanı da sonra verəcəyini bildirmişdir. Hətta, Zeynal Bakıda bir nəfər qohumun torpağı da olduğunu, həmin torpağı satıb pulu verəcəyini demişdir. Aktda yüz min manat puldan söhbət gedirdi, 30-40 min manatı qısa müddətdə qaytaracağını, 60-70 min manatı isə sonra qaytaracağını demişdir. Həmin Akt tərtib olunan zaman o da orada olmuşdur. Aktı yazmağı o təklif etmiş, notarial qaydada təsdiq təsdiq etməsini də demiş, lakin Zeynal demişdir ki, onlar çörək kəsiblər, ehtiyac yoxdur. Onlar da,Zeynalla razılaşıb çıxıb getmişlər. Məhkəmə tərəflərinizahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, tarixi qeyd olunmayan AKT 2 adlı sənədin surətindən görünür ki, İddiaçı ilə bağlanmış AKT № 1 də Cavabdeh öz üzərinə 100.000 (yüz min) manat götürmüşdür. Toxumun satışı ilə əldə olunacaq 15.000 (on beş min) manat pulu mart ayının 1-də çatdıracaqdır. Qalan 85.000 (səksən beş min) manatı gələn ilin (2019-cu il) 1 noyabr tarixində qaytaracağını öz üzərinə götürür. Bütün öhdəliklərini bitirdikdən sonra pulun ev sahiblərin üzərinə 10 % hərəsinə olmağına razıdır. Akt Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilərək dinlənilmiş iş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş CD-diskdə olan səs yazılarından görünür ki,iddiaçı tərəfindən cavabdehə 100.000 (yüz min) manat məbləğində pulun verilməsi və cavabdehin iddiaçı qarşısında həmin məbləğdə borc öhdəliyinin mövcud olması, bununla bağlı aralarında hər hansı bir razılığın əldə olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasəniradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasənəgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasənborc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasənborc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Göründüyü kimi, iddiaçı Aqil Hüseynov özünün iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən hüquq normalarına istinad etmişdir. Lakin, iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətlərinin mövcud olması, iddiaçının borc kimi cavabdehə sonuncudan tələb etdiyi miqdarda pul vəsaitini verməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Akt 2 adlanan sənədi isə məhkəmə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədin hansı tarixdə tərtib olunması qeyd olunmamış, həmçinin məhkəməyə sənədin əsli deyil, notarial qaydada təsdiq olunmamış surəti təqdim olunmuşdur. Bundan başqa, həmin sənədin məzmununa nəzər saldıqda, cavabdeh Zeynal X2rşısında borc öhdəliyinin mövcud olduğunu müəyyən etmək mümkün olmur, həmin sənəddə iradə ifadələri aydın şəkildə əksolunmamışdır. Bu səbəbdən də, həmin sənəd tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu və cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin əmələ gəlməsini təsdiq edən hüquqi fakt rolunda çıxış edə bilməz. Bundan başqa, məhkəmə,iddiaçının məhkəməyə təqdim etdiyi CD-diskdə olan səs yazılarını müzakirə edərək hesab edir ki, həmin səs yazılarında iddiaçı tərəfindən cavabdehə 100.000 (yüz min) manat məbləğində pulun verilməsi və cavabdehin iddiaçı qarşısında həmin məbləğdə borc öhdəliyinin mövcud olması, bununla bağlı aralarında hər hansı bir razılığın əldə olunması müəyyən olunmadığından həmin səs yazıları cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcud olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa,Məhkəmə araşdırması zamanı tədqiq edilərək araşdırılmış İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş whatsapp yazışmalarının isə mötəbərliyi, əldə olunma mənbəyi müəyyən edilmədiyinə görə məhkəmə həmin yazışmaları sübut kimi qəbul etmir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də tərəflər arasında borc münasibətlərinin mövcud olduğu inkar olunmuş, həmin şəxslər öz ifadələrində iddiaçının cavabdehə borc pul verməsini deyil, onların müxtəlif kənd təsərrüfatı məhsullarını əkib-becərmək, məhsul əldə edib satmaq barədə işlər gördüklərini bildirmişlər.Lakin, işlərin görülməsi üçün cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyinin yaranması da məhkəmədə öz təsdiqini tapmamış, həmin halla bağlı da hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddia tələbi qanunsuz və əsassızdır, təmin oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan və iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindənrədd edilməlidir. Yuxarıdagöstərilənlərəəsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş pul tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar