Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-106/2025 30.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 miras kütləsinə daxil ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinin, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin, mərhum bacısı Abdulkərimova (Nurməmmədova) Fatma Beydullayevnanın miras kütləsinə daxil olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilmələri faktının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ərizədə miras qoyan şəxs olmuş atası Beydulla Abdulkərimovun soyadı texniki səhv olaraq “Nurməmmədov” göstərilmişdir. Miras qoyan şəxs atasının soyadı “Abdulkərimov” olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəni onunla əsaslandırmışdır ki, Qusar şəhəri Əzizbəyov küçəsi 5 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi atası X6 mülkiyyətində olmuşdur. X13 həmin evin ½ hissəsini bacısı Abdulkərimova (Nurməmmədova) Fatma Beydullayevnaya vəsiyyət etmişdir. X13 04 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair Fatma Abdulkərimovanın adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra isə həmin şəhadətnamə əsasında xx.xx.2001-ci il tarixli 4491 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Beləliklə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi mərhum X14nın, həmin evin digər ½ hissəsi, o cümlədən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəai mərhum X13un miras kütləsinə daxildir. Mərhum X13un ondan başqa digər qanun üzrə birinci dərəcəli vərəsələri yoxdur. Eyni zamanda X14nın qanun üzrə birinci dərəcəli vərəsələri yoxdur, həmin şəxs nikahda olmamış, heç bir övladı yoxdur. O, mərhum bacısının yeganə qanun üzrə ikinci dərəcəli vərəsəsidir. Mərhum atası vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini onunla X14 birlikdə idarə edib ona sahiblik etmişlər. Bacısı vəfat etdikdən sonra isə həmin əmlaklar onun təkbaşına idarəçiliyinə və sahibliyinə keçmişdir. Bununla da, o, yuxarıda qeyd etdiyi əmlakları miras əmlak kimi faktiki olaraq qəbul etdiyinə görə notariat orqanına ərizə verərək həmin əmlakların adına rəsmiləşdirilməsini xahiş etmişdir, lakin oradan bildirmişlər ki, mirasın qəbul edilməsi müddəti ötürüldüyünə görə məhkəməyə müraciət etməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində göstərilənləri təsdiq edir. Əlavəsi yoxdur, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 142082 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ 066918 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 noyabr 2000-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan İİ-ЖГ 494067 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 avqust 1995-ci ildə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 398560 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan Vİ-BM 015985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1961-ci ildə DASSR-in Axtı kəndində anadan olmuşdur. Atası X9, anası X5. İşdə olan ИЕ 995405 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası X9, anası X2r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1953-cü ildə anadan olmuş X1 övladı barədə məlumat Qusar rayon qeydiyyat şöbəsi tərəfindən aşkar edilməmişdir. İşdə olan 16 noyabr 2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08 noyabr 2000-ci ildə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi qızı, X8 Qusar şəhəri Əzizbəyob küçəsi ev 5-də yerləşən 2 mərtəbəli 4 otaqdan, ümumi torpaq sahəsi 400 kv.metr olan evin ½ hissəsində vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar şəhəri Əzizbəyov küçəsi 5 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Beydulla Nurməmmədov həmin evin ½ hissəsini Abdulkərimova (Nurməmmədova) Fatma Beydullayevnaya vəsiyyət etmişdir. Beydulla Nurməmmədov 04 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair Fatma Abdulkərimovanın adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra isə həmin şəhadətnamə əsasında xx.xx.2001-ci il tarixli 4491 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Fatma Abdulkərimova xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda Fatma Abdulkərimovanın qanun üzrə birinci dərəcəli vərəsələri yoxdur, həmin şəxs nikahda olmamış, heç bir övladı yoxdur. Ərizəçi mərhum bacısının yeganə qanun üzrə ikinci dərəcəli vərəsəsidir. Ərizəçinin mərhum atası vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini ərizəçi ilə X14 birlikdə idarə edib ona sahiblik etmişlər. Ərizəçinin bacısı Fatma Abdulkırimova vəfat etdikdən sonra isə həmin əmlaklar ərizəçinin təkbaşına idarəçiliyinə və sahibliyinə keçmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 miras kütləsinə daxil ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinin, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi, Abdulkərimova (Nurməmmədova) Fatma Beydullayevnanın miras kütləsinə daxil olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinin miras əmlaklar kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-106/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-106/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver