Məhkəmə qərarları › İş №2(029)-107/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-107/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-107/2024 30.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh dişlərinin müalicəsi üçün ondan aldığı 1100 (min bir yüz) manat pulun, məhkəməyə iddianın hazırlanması üçün vəkil xidmətindən istifadə etməyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına ödədiyi 150 (yüz əlli) manat haqqın, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,2022-ci ilin iyul ayında o, dişlərini müalicə etmək üçün Qusar şəhərində diş fəaliyyəti ilə məşğul olan Cavabdeh müraciət etmişdir. Cavabdeh 2022-ci ilin noyabr ayına kimi dişlərini müalicə etmişdir. Dişlərin müalicə olunması üçün 2022-ci ilin iyul ayında o, Cavabdeh 500 manat, bir müddət sonra yenə 200 manat və sonra da başqa məbləğlər olmaqla ümumilikdə 1100 (min bir yüz) manat pul vermişdir. Lakin Cavabdeh dişlərini düzgün müalicə etməmişdi və müalicə qurtardıqdan bir ay keçməmiş, yəni 2022-ci ilin dekabr ayında onun dişləri, damağı şişmiş, pis ağrılar başlamışdı. Bununla əlaqədar o, təzədən Cavabdeh yanına getmişdir. Cavabdeh dişlərini yenidən özü bildiyi kimi müalicə etmişdir. Lakin bunun da bir nəticəsi olmamışdır, yenə də bir-iki aydan dişlərində ağrılar başlamışdır. Bu qaydada bir neçə dəfə o, təzədən Cavabdeh yanına gedib dişlərini müalicə etmək istəmişdir. Lakin Cavabdeh dişlərini düzgün müalicə edə bilməmişdir. Axırda o, çarəsiz qalıb 2023-cü ilin yay aylarında Qusar şəhərində stomatoloq işləyən Fərrux adlı başqa bir həkimə müraciət edib dişlərini müalicə etdirmişdir. Fərrux adlı həmin həkim dişlərini düzgün müalicə etmişdir və onun dişlərilə əlaqədar heç bir şikayəti qalmamışdır.O, dişlərini düzgün müalicə etmədiyi üçün Cavabdeh ona verdiyi 1100 (min bir yüz) manat pulu geri tələb etmişdir. Lakin Cavabdeh könüllü olaraq verdiyi 1100 (min bir yüz) manat pulu ona qaytarmamışdır. Bununla əlaqədar o, Qusar Rayon Polis Şöbəsinə şikayət etmişdir. Qusar RPŞ-si ona bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırmağı tövsiyə etmişdir. Ona görə də həmin pul məhkəmə qaydasında cavabdehdən alınaraq ona qaytarılmalıdır.Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmaq üçün vəkil xidmətindən istifadə etməyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına 150(yüz əlli) manat haqq ödəmişdir (müvafiq qəbz əlavə olunur), habelə məhkəmdə iddia qaldırmaqla əlaqədar o, 31 manat dövlət rüsumunu ödəmişdir. Həmin xərclər də əlavə olaraq Cavabdeh məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki,2022-ci ilin iyul ayında o, dişlərini müalicə etmək üçün Qusar şəhərində diş fəaliyyəti ilə məşğul olan Cavabdeh müraciət etmişdir. Cavabdeh 2022-ci ilin noyabr ayına kimi dişlərini müalicə etmişdir. Dişlərin müalicə olunması üçün 2022-ci ilin iyul ayında o, Cavabdeh 500 manat, bir müddət sonra yenə 200 manat və sonra da başqa məbləğlər olmaqla ümumilikdə 1100 (min bir yüz) manat pul vermişdir. Lakin Cavabdeh dişlərini düzgün müalicə etməmişdi və müalicə qurtardıqdan bir ay keçməmiş, yəni 2022-ci ilin dekabr ayında onun dişləri, damağı şişmiş, pis ağrılar başlamışdı. Bununla əlaqədar o, təzədən Cavabdeh yanına getmişdir. Cavabdeh dişlərini yenidən özü bildiyi kimi müalicə etmişdir. Lakin bunun da bir nəticəsi olmamışdır, yenə də bir-iki aydan dişlərində ağrılar başlamışdır. Bu qaydada bir neçə dəfə o, təzədən Cavabdeh yanına gedib dişlərini müalicə etmək istəmişdir. Lakin Cavabdeh dişlərini düzgün müalicə edə bilməmişdir. Axırda o, çarəsiz qalıb 2023-cü ilin yay aylarında Qusar şəhərində stomatoloq işləyən Fərrux adlı başqa bir həkimə müraciət edib dişlərini müalicə etdirmişdir. Fərrux adlı həmin həkim dişlərini düzgün müalicə etmişdir və onun dişlərilə əlaqədar heç bir şikayəti qalmamışdır.O, dişlərini düzgün müalicə etmədiyi üçün Cavabdeh ona verdiyi 1100 (min bir yüz) manat pulu geri tələb edir. Dişlərinin müalicəsilə bağlı onunla cavabdeh arasında hər hansı bir müqavilə olmamışdır. O, başqa həkimin yanına getmiş və dişlərini sonradan yanına getdiyi həkim müalicə etmişdir. Başqa həkimin yanına getməsi ilə bağlı, həmçinin cavabdehin onun dişinin keyfiyyətsiz müalicə etməsi ilə bağlı sübut təqdim edə bilmir. Cavabdeh onun dişlərini keyfiyyətli müalicə etməmiş, həmin müalicə onu qane etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul etmir və bildirir ki, İddiaçı 2022-ci ilin iyul ayında dişlərini düzəltdirmək üçün onun yanına gəlmişdir. 2022-ci ilin noyabr ayına qədər həmin qadının dişlərini müalicə etmiş və noyabr ayında dişlərinin müalicəsini bitirmişdir. Dekabr ayının əvvəlində İddiaçıonun yanına gəlmişdir və dişlərində problem olduğunu bildirmişdir. O, yenidən iddiaçının dişlərini müalicə etmiş və işini bitirmişdir. O, həmin qadının dişlərinin müalicəsini tamamilə düzgün etmişdir və bunun qarşılığında iddiaçıdan ən endirimli məbləği almışdır. Əksinə, müalicə ilə əlaqədar iddiaçının ona borcu qalmışdır. Ona görə də, iddiaçının iddiasını tamamilə qanunsuz və əsassız hesab edir. Bundan başqa, bildirir ki, işlərilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir və ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatınıdinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı, iddiaçı cavabdehin onun dişlərini keyfiyyətiz müalicə etməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, dişlərinin müalicəsini başqa həkimin yanında davam etdirmiş, həmin həkimə haqq ödəmişdir. Bu barədə də, iddiaçı, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası əsassız olduğundan və iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən rədd edilməlidir. Yuxarıdagöstərilənlərəəsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar