Məhkəmə qərarları › İş №2(029)-108/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-108/2020

09.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-108/2020 09.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və üçüncü şəxslər x1, x2 və x4 nümayəndəsi İddiaçı, Cavabdeh Nügeddin oğlunun, onun nümayəndəsi və vəkili x5 iştirakları ilə İddiaçı Cavabdeh Nügeddin oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Səfərbəyov x6 Ruslan Nügeddin oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Nügeddin oğlu tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin onun və ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh tərəfindən inşa edilmiş evin və digər tikililərin həmin şəxsin özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsusdur. Onların mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla KOD 30119018 JN:450 saylı 05 oktyabr 1998-ci il tarixli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh Nügeddin oğlu xeyli müddətdir ki, ona və ailə üzvlərimə məxsus həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq tutmuş və orada fərdi yaşayış evi, həmçinin digər tikililər inşa etdirmişdir. Nəticədə isə o və ailə üzvləri həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə, orada hər hansı kənd təsərrüfatı məhsulları əkib-becərə və gəlir əldə edə bilmirlər. Bubarədəo, dəfələrlə cavabdehə bildirsə də, ondan torpaq sahəsini buraxmasını və tikililəri sökməsini tələb etsə də, o bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, Cavabdeh onun və ailə üzvlərinin həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onun qanunsuz sahibliyində və istifadəsindədir. Ona görə də, hesab edir ki, onun və ailə üzvlərinin pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi həmin şəxsin qanunsuz sahibliyindən onun və ailə üzvlərinin qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində inşa etdirdiyi ev və digər tikililər onun öz hesabına sökülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Piral kəndində onun və ailə üzvlərinin 2.56 hektar pay torpaq sahəsi vardır. Cavabdeh təqdim etdiyi şəhadətnamədə göstərilən torpaq sahəsinin ilkin torpaqayırma sənədləri yoxdur. Cavabdehlə əvvəllər münasibəti yaxşı olmuş və həmin şəxsin tapşırığı və vəsaiti hesabına mübahisəli qarajı o, inşa etdirmişdir. Orada fəhlələr işləmiş və pulunu Ruslan vermişdir. Həmin qaraj onun və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.08 hektar hissəsində yerləşir. Həmin fakt məhkəmətorpaqşünaslıq ekspertizasının 12 may 2020-ci il tarixli 10/706 saylı rəyi ilə təsdiq olunur. Belə ki, həmin rəydə aydın şəkildə göstərilmişdir ki, ona və ailə üzvlərinə məxsus 2.56 hektar torpaq sahəsinin 0.08 hektar hissəsi cavabdeh tərəfindən qanunsuz istifadə olunur və orada qaraj inşa olunmuşdur. Bundan başqa, o, Ruslanın evinə və həyətində olan malqaraya, ev quşlarına baxmışdır. Sonradan Ruslanla onun münasibəti pozulmuş və aralarında mübahisə yaranmışdır. Hazırda o, yuxarıda şərh olunan ekspert rəyində göstərilən qaydada özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşən qarajın sökülməsini və torpaq sahəsinin buraxılmasını tələb edir. Çünki, həmin qaraj onun və ailə üzvlərinin həmin torpaq sahəsinə dair hüquqlarını pozur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Nügeddin oğlu iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Piral kəndində onun mülkiyyətində 0.20 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair onun adına şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi İddiaçı torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddiaçı özü həmin torpaq sahəsini məhz onun üçün satın almışdır. Əvvəllər onunla iddiaçının münasibəti yaxşı olmuş, o iddiaçıya xeyli miqdarda pul vermişdir. Onun tapşırığı və vəsaiti əsasında iddiaçı məhz özü mübahisəli torpaq sahəsində ev və qaraj tikdirmişdir. Həmin ev və qaraj onun mülkiyyətində olan 0.20 hektar torpaq sahəsində yerləşir, iddiaçı heç vaxt həmin tikililərlə bağlı ona irad bildirməmişdir. Əksinə həmin evə və orada olan təsərrüfata iddiaçı baxmış, bunun müqabilində o, iddiaçıya pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçı ona məxsus evdən müxtəlif əşyalar oğurlayır və ona görə də iddiaçını oradan uzaqlaşdırmışdır. Bu səbəbdən də, iddiaçı ona qarşı aqressiv olmuş və hazırkı iddianı qaldırmışdır. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Nügeddin oğlunun nümayəndəsi və vəkili x8 iddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər x3, x7 və x9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. İşdə olan KOD 30119018 JN-765F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Piral kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Nügeddin oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının 16 mart 2020-ci il tarixli C-32 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Nügeddin oğlu tərəfindən istifadə olunur və istifadə olunan hissə qərb tərəfdən 0.08 ha-dır. İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qaraj inşa olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 12 may 2020-ci il tarixli 10/706 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Nügeddin oğlu tərəfindən istifadə olunur və istifadə olunan hissə qərb tərəfdən 0.08 ha-dır. Həmin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin adlarına verilmiş KOD 30119018 JN-450 saylı 05 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qaraj inşa olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 mart 2020ci il tarixli **********79 saylı məktubundan görünür ki, 16 mart 2020-ci il tarixli C-32 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri 91,92 (doxsan bir manat doxsan iki qəpik) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli 10/706 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının 16 mart 2020-ci il tarixli C-32 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 12 may 2020-ci il tarixli 10/706 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Piral kəndində yerləşməklə İddiaçı və ailə üzvlərinə məxsus olan 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.08 hektar torpaq sahəsi Cavabdeh Nügeddin oğlu tərəfindən qanunsuz olaraq istifadə olunur, həmçinin orada həmin şəxsin vəsaiti və göstərişi əsasında qaraj inşa olunmuşdur. Bu isə, həmin torpaq sahəsinə dair iddiaçının və onun ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, Cavabdeh İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.08 hektar hissəsinə qanunsuz sahiblik etməklə və ondan istifadə etməklə iddiaçının və onun ailə üzvlərinin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına əsasız müdaxilə etməklə həmin şəxslərin həmin hüquqlarını pozmuşdur. Bundan başqa, Cavabdeh tikinti məqsədləri üçün nəzərdə tutulmayan kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsində özbaşına qaraj inşa etdirmişdir ki, bu da öz növbəsində iddiaçının və ailə üzvlərinin həmin hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məjmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0.08 hektar hissəsi Cavabdeh tərəfindən buraxılmalı və həmin torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Həmçinin, Cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa etdirilmiş qaraj Cavabdeh öz hesabına sökülməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iddiaçının evin və digər tikililərin sökülməsi tələbi əsassızdır, ona və ailə üzvlərinə məxsus torpaq sahəsində cavabdeh tərəfindən ev və digər tikililərin inşa olunması öz təsdiqini tapmamış, keçirilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası ilə də həmin hallar müəyyən olunmamış, iddiaçı tərəfindən bu barədə digər hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası İddiaçı təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 91,92 (doxsan bir manat doxsan iki qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0.08 hektar hissəsi Cavabdeh tərəfindən buraxılsın və həmin torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu Piral kəndində yerləşən 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0.08 hektar hissəsində inşa edilmiş qaraj Cavabdeh öz hesabına sökülsün. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 91,92 (doxsan bir manat doxsan iki qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar