Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-108/2024 30.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, X11, X12 və X16 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, X11, X12 və X16 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X51un miras kütləsinə daxil olan, ünvan 3 nömrəli yaşayış evinin və həmin evin yerləşdiyi 0.0424 ha torpaq sahəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilmələri faktının müəyyən edilməsi və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəni onunla əsaslandırmışdır ki, ünvan 3 nömrəli yaşayış evi və həmin evin yerləşdiyi 0.0424 ha torpaq sahəsi X3na məxsus olmuşdur. X3 07 mart 1982-ci ildə Qusar şəhərində vəfat etmişdir. Babasının ölümündən sonra mübahisəli evdə nənəsi X13, atası X40, əmisi X29 və digər ailə üzvləri qalıb yaşamışdır. X26 07 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli ev atası X22 istifadəsində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, X45 babası Əli Abdurahmanovdan miras qalmış ünvan 3 nömrəli yaşayış evini qanunsuz yollarla öz adına keçirmişdir. Belə ki, həmin şəxs əvvəlcə həmin evi öz atası Paşa İbrahimovun adına rəsmiləşdirməklə həmin şəxsin adına Çıxarış əldə etmiş, daha sonra isə vərəsəlik yolu ilə öz adına Çıxarış almışdır. Bu səbəbdən də, əmisi X4 Aydın Paşa oğluna və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(029)-94/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Maraqlı şəxs1 tərəfindən X19 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; ünvan 1 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X19 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasport etibarsız hesab edilmişdir. X45 tərəfindən Qusar rayon məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(105)-1469/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(029)-94/2021 saylı qətnaməsi qismən Maraqlı şəxs1 tərəfindən X19 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmamışdır. Qalan hissədə, yəni ünvan 1 ünvandakı 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X19 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(105)-1469/2021 saylı qətnaməsindən atası X29 və cavabdeh Aydın İbrahimovun tərəfindən kassasiya şikayətləri verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6274/2021 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş,Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, ünvan 1 ünvandakı 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X19 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Bundan başqa, Qusar rayon məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(029)- 320/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs1 verdiyi xx.xx.2018-ci il tarixli 2Y-749 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh X30 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir. Bununla da, Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 19 aprel 2023-cü il tarixli 2(029)-320/2023 saylı qətnaməsi ilə təsdiq olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən 0.0424 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X51a məxsus olmuş, həmin əmlaklar məhz həmin şəxsin miras kütləsinə daxil edilməklə onun vərəsələrinə verilməlidir. X51 vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan həmin fərdi yaşayış evində onun X46 və atasının ailə üzvləri yaşamışlar, miras əmlak atasının mübahisəsiz sahibliyində və istifadəsində olmuş, bununla da, həmin miras atası tərəfindən faktiki olaraq qəbul edilmişdir. X46 27 yanvar 2003-cü il tarixdə vəfat etmişdir. O, həmin evdə anadan olmuş və orada böyümüşdür. Hal-hazırda da, həmin evdə qeydiyyatda olmaqla yaşamaqda davam edir. Evin kommunal xidmət haqları onun tərəfindən ödənilir. Bununla da, həmin miras onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mərhum atasının digər vərəsələri həmin mirasdan pay tələb etmir, bu barədə ərizə vermişlər. Bildirir ki, miras qoyan Əli Abdurəhmanovun miras kütləsinə daxil olan əmlaklar mirasın qəbul edilməsinin formal üsulu ilə heç bir vərəsə tərəfindən qəbul edilməmiş, bununla bağlı heç bir vərəsə tərəfindən notariat orqanına ərizə verilməmişdir. Lakin, yuxarıda qeyd etdiyi ki, həmin əmlakların hamısı əvvəlcə Əli Abdurəhmanovun vərəsəsi olan mərhum X46un, sonuncunun vəfatından sonra isə onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Onun həmin miras əmlaklarını faktiki olaraq qəbul etməyi onun mütəmadi olaraq miras kütləsinə daxil olan fərdi yaşayış evində yaşamağı, hazıradək həmin ünvanda qeydiyyatda olmağı, evin bütün kommunal xidmət haqlarının, evin əmlak vergisinin, torpaq sahəsinin torpaq vergisinin onun tərəfindən ödənilməsi barədə və s. sənədlərlə tam şəkildə təsdiq olunur. Hal-hazırda miras əmlakla bağlı vərəsələr arasında mübahisə yoxdur. Odur ki, mərhum X51un miras kütləsinə daxil olan, ünvan 3 nömrəli yaşayış evinin və həmin evin yerləşdiyi 0.0424 ha torpaq sahəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilmələri faktı müəyyən edilməli və həmin əmlaklar qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməlidir. 12 dekabr 2023-cü il tarixli məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən evdə anadan olmuş, həmin evdə böyümüş və bu günə kimidə həmin evdə yaşayır. Sözü gedən ev 4 otaqlıdır, orada anası, o və onun ailə üzvləri yaşayırlar. Onlar ailədə 4 bacı-qardaşdılar. Onun bacıları mirasdan onun xeyrinə imtina etmişlər. Bu haqda onun bacıları məhkəməyə təqdim edilməsi üçün ərizə göndərmişlər. Onun atasının 4 qardaşı olub, onlar ölüblər. Sonuncu məhkəmə iclasında Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində göstərilənləri təsdiq edir. Əlavəsi yoxdur, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar rayon Notariat ofisinə, X11, X12 və X16 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 2(029)-94/2021 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs1 tərəfindən X19 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ünvan 1 ünvanında 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X19 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinndən çıxarış və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventor nömrəsi 2089 olan texniki passport etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1469/2021 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi qismən təmin edilməsi, Maraqlı şəxs1 tərəfindən X19 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi, bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmaması, qalan hissədə, yəni ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X19 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2(102)-6274/2021 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından görünür ki, iddiaçı X29 və cavabdeh X45 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli 2(105)-1469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 2(029)-547/2022 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, İddiaçı X56 cavabdehlər Maraqlı şəxs1na və X23 jqarşı ünvan 5 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X31 tərəfindən X8 bağışlamasına dair Maraqlı şəxs1 notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixli 17\6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2360/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, iddiaçı X30 apellyasiya şikayəti təmin olunmaması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli e-2(029)-320/2023 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, Maraqlı şəxs1 verdiyi xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh X30 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan X9 13 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 27 yanvar 2003cü ildə Azərbaycan Respublikası, ünvan 6 ünvanında yaşamış X34 ölmüşdür. O, X1 orqanlara məlum edir ki, o, 27 yanvar 2003-cü ildə ölmüş atası X21 sonra qalmış, ona çatası mirasdan bütün vərəsəlik əsaslarla onun oğlu xx xxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi xeyrinə imtina edir. İşdə olan X10 20 sentyabr 2023-cü il tarixli imtina ərizəsindən görünür ki, Azərbaycan Respublikası, ünvan 6 ünvanında yaşamış, 27 yanvar 2003-cü ildə ölmüş X21 sonra miras qalmış, mirasın ona düşən payından büyün vərəsəlik əsaslarla onun oğlu xx xxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi xeyrinə imtina edir. İşdə olan X14 23 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 27 yanvar 2003cü ildə Azərbaycan Respublikası, ünvan 6 ünvanında yaşamış X34 ölmüşdür. O, X2 orqanlara məlum edir ki, o, 27 yanvar 2003-cü ildə ölmüş atası X21 sonra qalmış, ona çatası mirasdan bütün vərəsəlik əsaslarla onun oğlu xx xxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi xeyrinə imtina edir. İşdə olan AZ-İİ 314501 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1982-ci ildə ölmüşdür. İşdı olan AA 220699 saylı doğum haqqında şəhadərtnamənin surətindən görünür ki, X36 07 aprel 1944-cü il tarixdə anadan olmuşdur. X5, anası X18r. İşdə olan AZ 145573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 27 yanvar 2003-cü ildə ölmüşdür. İşdə olan Xİ-ЖГ № 389324 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxx 1986-cı ildə Qusar şəhərində anadan olmuşdur. X15, anası X6r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ünvan 3 nömrəli yaşayış evi və həmin evin yerləşdiyi 0.0424 ha torpaq sahəsi ərizəçinin X3na məxsus olmuşdur. Ərizəçinin X3 07 mart 1982-ci ildə Qusar şəhərində vəfat etmişdir. Ərizəçi babasının ölümündən sonra mübahisəli evdə nənəsi X13, atası X36, əmisi X29 və digər ailə üzvləri qalıb yaşamışdır. X26 07 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin nənəsinin vəfatından sonra mübahisəli ev atası X22 istifadəsində olmuşdur. Ərizəçinin X46 27 yanvar 2003cü il tarixdə vəfat etmişdir. Ərizəçi həmin evdə anadan olmuş və orada böyümüşdür. Hal-hazırda da, həmin evdə qeydiyyatda olmaqla yaşamaqda davam edir. Evin kommunal xidmət haqları ərizəçi tərəfindən ödənilir. Bununla da, həmin miras ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ərizəçinin mərhum atasının digər vərəsələri həmin mirasdan pay tələb etmir, bu barədə ərizə vermişlər. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, ünvan 3 nömrəli yaşayış evinin və həmin evin yerləşdiyi 0.0424 ha torpaq sahəsinin miras əmlaklar kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. ünvan 3 nömrəli yaşayış evinin və həmin evin yerləşdiyi 0.0424 ha torpaq sahəsinin miras əmlaklar kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-108/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-108/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver